Birinci hissə
Page 11 of 47 · 21%
Qaraca dədə heyrətlə başını qaldırmışdı. Sonra dikələrək:
– Toxta ay qadın, dil otu yemisən, nədi? – dedi.
Və bu vaxt Ağca oğlanı gördü, komanın içindəki dulus çarxının arxasından yuxarıya, balaxanaya qalxan ensiz və dik pilləkənlə ağır-ağır üzü aşağı enirdi, alnında ağ sarıq vardı. Başı açıqdı. Gur saçları arxadan boynuna tökülmüşdü. Yay və qış ibn Rəvvadın karvanlarıyla keçib getdiyi, qayıdıb gəldiyi uzun yolların küləkləri, yağışları və günəş ilə yuyulmuş yanıq əsmər bənizi bulud kimi tutulmuşdu. Sıx kirpiklərinin
¹ Pambıq və yun atanların sərt bir ifadə verdiyi gözlərində nə isə bir yanarlıq vardı və Ağcanı görərkən başın aşağı saldı, dinmədi.
Ağca isə irəli atıldı və ürəyini bir an tez o sehrin məngənəsindən qopardırmış kimi birnəfəsə dedi:
– Gün aydın ay Babək, başını aşağı salma, xəbər vermək üçün gəlmişəm ki, Tərxan zindandadır.
Qaraca dədə yenə heyrətlə Ağcaya baxdı və sonra pilləkəndə dayanmış Babəkə tərəf döndü və dedi:
– İndiki vacib söhbətiniz var, qalxın yuxarı, xəlvətə çəkilin. Yoxsa İmam Hənibalın qoçaqları qayıdıb görsələr ki, küçədə bir qadınla bir kişi söhbət eləyir, qara it sürüsü kimi düşəcəklər üstünüzə...
Babək döndü yuxarı qalxdı. Ağca da tez özünü içəri saldı. Sonra başından siyirdiyi çadrasını çəngələdi, qoltuğuna vurdu və bir göz qırpımında pilləkənlə yuxarı dırmaşdı.
Məmunun vəliəhdi İmam Rza şəhid olandan sonra imamlıq doqquz yaşındakı oğluna keçmişdi və indi o uşaq hələ bir körpə idi və şiyələrin doqquzuncu imamı kimi irəlidə başına gələcək son fəlakətə doğru hələ çox yol getməliydi.
Sünnüləri əhatə eləyən dörd məzhəbin qurucularından 55 dəfə heccə getdiyi ilə məşhur olan İmam Əzim Əbu Hənifə imam Şəfi ilə və İmam Malik artıq həyatda deyildilər, amma dördüncü məzhəbin banisi olan İmam Əhməd ibn Hənibal hələ sağ idi. Bağdadda oturmuşdu və getdikcə İslam dünyasını daha artıq ağzına alan əxlaq pozğunluğuna qarşı elə amansız mübarizə başlamışdı ki, özündən təəssübkeş olan müridləri vaxtaşırı Bağdadda, xilafətin digər şəhərlərinə hücum çəkərək meyxanələri və şərab satılan dükanları dağıdırdılar, şərab çəlləklərindəki təbrizi və ağ çaxırı küçələrə axıdırdılar, eyş-işrətçi, nəğməçi cariyələri doldururdular içəriyə, musiqi alətlərini sındırırdılar. Küçələrdə bir kişinin bir qadınla danışdığını görəndə dərhal başının üstünü alırdılar ki, əgər bu qadın sənin halalındırsa, bir müsəlmanın küçədə camaatın gözü qarşısında öz arvadıyla söhbət eləməsi çox iyrənc bir hərəkətdir, yox əgər qadın sənə naməhrəmdirsə bu artıq zinakarlığa bərabər bir cinayətdir və ibn Hənibalın müridlərinə görə hətta bayırda-bacada və küçələrdə gülüşmək də əxlaqsızlıq idi, çünki imamların təliminə görə qəhqəhə çəkərək gülmək haram idi. Yalnız gülümsəmək olardı, o vaxt gərək gülümsəyən şəxsin dişləri görünməyəydi və əgər bir məclisdə bir şəxs gülməli bir söz deyib məclisi güldürsəydi, imam Hənibala görə o şəxs özünü o dərəcədə alçalırdı ki, bu, Sürəyya¹ ulduzundan daha uca bir nöqtədən yerə yıxılmağa bərabərdi...
Təsir əks-təsirə bərabər bir bütün bu ifrat yasaqlara rəğmən məhz 9-cu əsr İslam dünyasının öz xəlifələrinə bərabər ən çox içki içdi, ən çox çalğı çaldığı, ən çox şux mahnılar oxuduğu və ərəb poeziyasında şərabı tərənnüm edən “tərəbat” janrının ən çox çiçəkləndiyi bir dövr idi.
Bu günlər isə İmam Hənibalın müridlərindən qaragüruh bir dəstə Həmədanda və sonra Zəncanda toy məclislərində belə çalınan musiqini və oxunan mahnını susdurandan sonra Təbrizə gəlmiş, şərab satan bir neçə yəhudi dükanını dağıtmış, küçələrdə çadralı qadınlarla danışan kimə rast gəlmişdilərsə döyənəklərini işə salmışdılar və nəhayət, gəlib Qaraca dədə kuzəgərin koması qarşısında cərgə ilə düzülmüş kuzələri, güvəcləri və sairəni qırıb tökməyə başlamışdılar ki, şəhərdə ən çox sənin kuzələrinin müştərisi var. Çünki sən bu kuzələrin bəzilərinə qırmızı, digərlərinə reyhani şərab doldurub dükanın qabağında sərgiyə qoyursan və gözünlə işarə eləyəndə imanlarını şeytana oğurladanlar o kuzələri qapıb aparırlar.
Və bu bir həqiqət idi ki, Qaraca dədənin müştəriləri heç vaxt əskik olmurdu, çünki qocanın əlindən çıxan o kuzələrdə və cürdəklərdə yayın cırcıramasında belə kəhriz suyu sərin və tərtəmiz idi.
İbn Hənibalın müridləri isə kuzələri, cürdəkləri, hətta küvəcləri və dolçaları belə bir-bir qıraraq nəhayət, birindən qırmızı və yaxud ağ şərab dağılacağını gözlərkən, ümidləri boşa çıxdığı və quduzlaşdıqları bir vaxtda Babək gəlib çıxmışdı və qocanın araya girməsinə baxmayaraq müqavimət göstərmiş, müridlərlə əlbəyaxa olmuş və başı yarılmışdı, qaragüruh dəstə isə imamlarının qəhqəhəni yasaq etdiyini unudaraq kişnəyə-kişnəyə uzaqlaşıb getmişdi...
...Komanın aşağı qatı qocanın ustaxanası idi, qoca dulus çarxını burda fırladırdı, ocağını burda yandırırdı. Və tavanı çox alçaq yuxarı qata ancaq yatmaq üçün qalxırdı. İndi Ağca burda yerə salınmış yırtıq həsir üstündə düşüb qalmışdı, Babək isə alçaq taxt üstündə oturmuşdu və hər ikisi susmuşdu. Ağca bir an ovcunu açmış və Tərxanın göndərdiyi dirhəmi Babəkə göstərmişdi. Sonra yenə tez dirhəmi ovucu içində elə bərk-bərk sıxmışdı ki, elə bil, o gümüş dirhəm ağ bir quşa
¹ Qədim nücum elminə görə göyün ən yüksək nöqtəsində olan ulduz çevrilib əlindən uçacaqdı. Amma Babəkə verdiyi qara tosbeh elə bil Babəkin əlində dərhal ağır bir daşa çevrilmişdi. Qolunu yanına salmışdı. Və indi o baxışları hərəkətsiz bir halda, yerindən qımıldanmadan və Ağcaya bir söz demədən taxt üstündə oturmuşdu. Ağca gözləməlidir ki, o getdiyi yerdən geri qayıtsın, başını qaldırsın, Ağcanı görsün və Ağcaya nə isə bircə kəlmə söz desin.
...Və o indi getdiyi o yerdən qayıdırdı, o yerdən ki, yazda ayransız, qışda yorğansız keçinmiş, ömrünün ən acı tarixi orda qurtarmışdı. O, bu dünyada ürəyinə ən əziz olan adama orda rast gəlmişdi və bu o vaxt idi ki, o yerin dağ kəndlərində o il yenə aclıq başlanmışdı. O isə yeniyetmə bir oğlandı, dağ ətəyindəki bir kənddən başaçıq, ayaqyalın yola düşmüşdü, üzüaşağı hələ bu vaxta qədər görmədiyi şəhərlərə doğru gedirdi. O şəhərlər ki, anasının rəvayətinə görə əkin-biçin nə olduğunu bilməyən o şəhərlərdə həmişə bolluq və ucuzluq idi, amma əkibbiçən kəndistanda vaxtaşırı aclıq illəri olurdu. Məxluq ot otlayırdı. Anası onu o qədər ilin dağlardakı aclığından xilas etmək üçün şəhərlərə doğru qovmuşdu. Özü isə təkbaşına kənddə qalmışdı. Təpə üstündə dayanıb uzun-uzadı tək bir balasının – atası öldürüləndən sonra dünyaya gəlmiş oğlunun arxasınca baxmışdı və qəvi sinəsində çarpazlaşmış qollarıyla elə bil ürəyində açılan boşluğu qucaqlayıb sinəsinə sıxmışdı...
Beləliklə, on bir yaşındakı bu yeniyetmə tək başına yurdunun şəhərləri içində o vaxt ən böyük şəhər olan Ərdəbilə doğru yollanmışdı. Səmti göstərən nişan isə Savalan dağının qarlı zirvəsi idi ki, gedib o dağın ətəyindəki şəhərə yetişənə qədər bu nişanələr həmişə gözləri qarşısında olacaqdı və anasının rəvayətinə görə bu dünyadakı şəhərlər içində bazarlarında satılan çörəyin ucuzluğu və ağlığı ilə məşhur olan iki şəhər vardır ki, biri Ərdəbil idisə, digəri çox uzaqda Əlvənd dağının ətəyindəki Həmədan idi.
Lakin o gedib Ərdəbilə çıxa bilməmişdi, çox yorulduğu və çox acdığı o günün günorta çağında taleyi onu Tərxana rast gətirmişdi. Tərxan o vaxt təzəcə igid yaşına dolmuşdu və yol altında şırımladığı bir zəmi qırağında oturub süfrə açmışdı, bir yaylıqdan ibarət olan o süfrə üstündə isə bir baş soğan, bir yumru pendir və bir parça cad əppəyi vardı. Amma yoldan keçən başıaçıq, ayaqyalın bir oğlanı görərkən Tərxanın kəsdiyi çörək boğazından getməmişdi, dizi üstə qalxıb onu səsləmişdi ki, ay uşaq, kimsən, hara gedirsən yaxın gəl otur, bir tikə çörək kəs mənimlə, və uşaq o qədər ac idi ki, ikinci dəfə təklifə ehtiyac qalmamışdı.
Tərxan burda türbə dustağının sahibi bir ərəb şeyxi üçün rəncbərlik edirdi və biləndə ki, bu oğlan hara gedir, nə üçün gedir, onu yanında saxlamışdı ki, çubuqçu kimi ona kömək eləsin və o gündən dörd cüt öküz qoşulmuş çox böyük və çox ağır xışın dəstəyindən Tərxan yapışırdı, o isə əlində nar çubuğu irəli keçirdi və ağır tərpənişli öküzləri hohalayırdı...
Sonra Tərxan onu Təbrizə gətirmişdi, özü qırmızı dağ ətəyindəki duz dağının lağımlarından duz çapmağa başlamışdı, amma qaranlıq lağımlarda duz çapmaq, çox ağır bir işdi, bəzən lağımların tağı uçulurdu, adamlar uçqun altında qalırdı və hələ igid yaşına dolmadığı üçün Tərxan qıymadı ki, o da lağımlarda işləsin və qoca bir sarvanın vasitəsilə onu Təbrizin sahibi qoca ibn Rəvvadın dükanlarında qatarçı kimi işə düzəltdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.