Bir içimlik su deyiləm, içiləm:bir aşırım yol deyiləm,birnəfəsə keçiləm.Düzdü, adi insanam,sənin boyda deyiləm ki, kiçiləm.Adi insan olmaq özüböyüklükdür, qardaşım.Bu adı daşımaq özübir insan ömrü üçünböyük yükdür, qardaşım.Öz ailəm var,öz uşağım,öz çörəyim, həyatım.Öz nəslim,öz ocağım,öz adım.Yaxşı qonşum,pis qonşum var.Dostum var, düşmənim var!(Siyasətə düz gəlsə də, gəlməsə də.)Mənim var!Mən ki adi bir insanam,nə kiçiyəm, nə böyük.

Adi insan olmaq özü,ağır yükdü, ağır yük.

Dosta açıq öz qapım var,dosta açıq ürəyim.Dostlar üçün süfrəmdədirhəmişəduz-çörəyim.Mən ölümləkişi kimigörüşməyə hazıram.Bacardıqca vuruşmağa,güləşməyə hazıram.Amma onu zərrə-zərrə,gilə-giləqarşılaya bilmərəm.Mən düşməni gülə-güləqarşılaya bilmərəm.Mən diplomat deyiləm ki,adi insanam, adi.Böyük işdir mən qorusamaxıracan bu adı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets