Havana gecələri
Bütün pəncərələrdəUlduzların əksidi.Bağların çilçırağıGöylərin də bəsidi.Subay oğlanlar üçünGözəllər sərgisidiHavana gecələri.
Musiqi bolluğundanRəqs edir palmalar da.Sahilə dırmaşırlarAz qala dalğalar da.Ayrıca bir fəsildiQışda, yayda, bahardaHavana gecələri.
Qızların kirpiyiləÜrək didim-didimdi.Yazıq qonaq nə təhərGetsin yatsın bəs indi?Burda şair olmağaTəkcə elə bəsindiHavana gecələri.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-havana-geceleri
Use ← → keys to move, R for a random poem
More by this author
Yandım, susuzam, istəyirəm vulkan içim mən.Şimşək kimi hərdən alışır göz bəbəyimdə
Qorxmuram və qorxuramQorxmuram ölməkdən,Qorxuram ki, mən,
Heç açmayaq bu sirriHeç açmayaq bu sirriKasıbların cibi çoxdur,
Yer kürəsi fırlanırSərhədlər çalın-çarpaz, silahlar yığın-yığın,Güya budur pənahı dünyada yaşamağın.
Poems by other poets
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.