Hələ söz yox ikən nəğmə var idi,Sonra sözə döndü insanın səsi,Elə əvvəlkitək səslənir indi,Küləyin, yarpağın, suyun nəğməsi.Solo oxuyurdu böyük bir xorda,Bütün canlılarla verib əl-ələ.

Səsin gözəlini itirib insan.Sözün yaxşısını tapmayıb hələ.İnsan nəğməsiylə oyatdıq vaxtı,İnsan nəğməsiylə əridi buzlar,Sellərə çevrildi, düzlərə axdı,O nəğmə hələ də çöllərdə sızlar.Sızlar yamacların minbir gülündə...Sızlar bulaqların şirin dilində.İnsan nəğməsindən düşüb qalandıDünya dediyimiz bu insan bağı.Sərçənin qohumunu bülbül eyləyib,İnsan nəğməsini yamsılamağı.Əl-ayaq dəyməmiş, yerdə, diyarda,Özünü axtarır insanlar indi.Hələ söz yox ikən, nəğmə var idi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets