Dünyada şahlarınbir ağı, bir qarası qalıb.Cəmi iki avarası qalıbbir şahmat taxtası üstündəİkisi də pis gündə.Adları şahdı,özləri oyuncaqdı.Şah paltarında iki uşaqdı,nə çalsan, ona oynayacaqdı.İkisinin də yanındadıatı, topu, qoşunu.İkisinin də yadından çıxıbyer əkəni, ev tikəni, nəğmə qoşanı.Qırılan əsgərlər də bilmir,Günah bu şahların hansındadı.Yazıqların heç ağlına da gəlmirŞahlarının da başıbir oyunçunun iki barmağının arasındadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets