Mat qalmışam,mən bu işə.Bəlkə də yuxu görmüşəm.Görürəm bütün dünyadaDünyanın hər yerində,Üç-üç bölünübdü bəşər,Bu üçlükdə cəm olubduXeyirlə şər,Birgə ömür sürürlər.Təəccüblü olsa da,Onlar insan ola-olaBirdən, istihalə iləDöndülər adi təmsilə.Biri dönüb manqal oldu,biri kömür,biri maşa.Alışıb yanmaq üçün,(Yəni yaşamaq üçün).Manqal gərək qarışa,Kömür gərək alışa.Burda kara gəlir maşa.Ayaqları dolaşa-dolaşagedir o başa,gəlir bu başa,Hisə-pasa bulaşa-bulaşa,dalaşa-dalaşa,manqalı qarışdırır,kömürü alışdırır.Tüstü-duman içindəGördüm közər ha közərdi,çartaçartdı.Qulağıma səs gəldi ki,Bu – həyatdı!Di, gəl indi yaşa!

Hələ də bu dünyada –Hər üç nəfərdən –birimiz manqaldı,

birimiz kömürdü,birimiz maşa.Alın yazımızdı bu!Alışıb yanmalıyıq,Üstümüzə su tökən yox.Bir kəsən yox bu oyunu.Elə-beləcəbaşımız qarışa-qarışa,ömrü vururuq başa.

Yerdə üç-üç yanırıq,bir yerdə – Biz.Birimiz manqal,birimiz kömür,birimiz maşa!Göydə sakit-sakit durub,bu yanğınaFələk də edir tamaşa,Mələk də edir tamaşa.

Aprel, 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets