Ümid məndən üz döndərsə,Pəncərəmi döysə qorxu,Bir əlimdən qopuz tutar,Bir əlimdən Dədə Qorqud!

Qərib olsam yad ellərdə,Qəribsəsəm Qərib kimi.Ağ atında uçub gələrKöməyimə Xıdır Nəbi.

Dar macalda dara düşsəm,Bilinməzsə yalan-doğru.Tez göndərər Xan Eyvazı,Harayıma Qoç Koroğlu.

Ömür acı olsa belə,Xəyal edər onu şirin.Şirin-şirin nağıllardaArxası var hər şairin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İki toponim

Baba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.

3 min
Üç qat qala divarı

Nəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.

3 min
İstanbulda bir uşaq

Şair Arif Abdullazadənin xatirəsinə*Arif! Sən dünyadan köçəndən az sonra «Beynəlxalq Rəsul Rza mükafatı laureatının şeir antologiyası»nı gördüm. Aldım, baxdım. Burdakıların hamısı mənə doğma adamlardı. Birdən sənin bir şeirinə rast gəldim. Bu şeiri mən əvvəllər görməmişdim. «İstanbulda bir uşaq» adın altında mötərizədə «lövhə» yazılmışdı. Lövhə cansız şəkildir. Burada həyat aşıb-daşır. Odur ki, bu şeirin adının altında mötərizəsiz-zadsız «həyat» yazılmalıydı. Bugünkü dünya üçün çox aktual olan bu şeir bütöv bir dastana dəyər.

5 min
Başı bəlalı «Azərbaycan»

Böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın bədii irsinin xeyli hissəsi farsca olsa da, onun doğma ana dilində – türkcə qələmə aldığı əsərlər də, özünün yüksək poetik məziyyətlərinə görə, misilsiz sənət nümunələridir. Son 50 ilin qəti şəkildə təsdiqlənmiş həqiqətlərindən biri budur ki, Şəhriyar təkcə Azərbaycan, İran və şərq poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının görkəmli simalarındandır. Amma bu da danılmaz həqiqətdir ki, Şəhriyar vətəndaşı olduğu ölkənin – İranın təəssübünü nə qədər çəksə də, farsdilli şeirin gözəl nümunələrini yaratsa da, soykökünü bir an unutmayıb, ömrü boyu ürəyində sonsuz Azərbaycan eşqi, türk dili sevdası daşıyıb. Hətta İranda irticanın ən amansız dövründə, şərin, şovinizmin meydan suladığı zamanlarda da Şəhriyar mənsub olduğu xalqa, Azərbaycana bəslədiyi əzəli-əbədi sevgini dilə gətirməkdən, Ana vətənini tərənnüm etməkdən çəkinməyib. Məhz, bu tükənməz sevginin məhsulu kimi Şəhriyar qələmindən Azərbaycan yanğılı poetik nümunələr çıxıb, türkdilli poeziyanın nadir incilərindən olan «Heydərbabaya salam» yaranıb. Şairin bu ruhda yaratdığı gözəl əsərlərdən biri də farsca qələmə aldığı «Azərbaycan» şeiridir. İranda türk sayılan, özünə «türkəm» deyən hər kəs üçün ağır bir dövrdə yazılmış bu şeirin meydana gəlməsinə görə biz, sözsüz ki, Şəhriyara – onun qüdrətli şair qələminə, böyük vətənsevərliyinə və hədsiz cəsarətinə əbədi borcluyuq.Son vaxtlar İran həm daxilən təlatümlər keçirir, həm də xarici aləmlə münasibətlər baxımından ciddi gərginlik içərisindədir. Bu proseslərin fonunda Şəhriyarın soydaşlarının – İrandakı azərbaycanlı-türklərin taleyi xüsusi narahatlıq doğurur. Görünür, bu da təsadüfi deyil ki, Şəhriyar zaman-zaman belə keşməkeşlər yaşamış Güney Azərbaycanın İrandakı azərbaycanlı-türklərin taleyini, sabaha gedən yolunu özünün «Azərbaycan» şeirində mükəmməl səviyyədə təcəssüm etdirib.

17 min

Poems by other poets · Separation