Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş,
Bu nə dindir, allah-allah, bütə səcdə vacib olmuş.
Əsəri-qəbuli-taət ona vermiş öylə halət
Ki, qülubi-əhli-halə hərəkatı cazib olmuş.
Fərəhim görüb, cəfasın həsənatə daxil eylər,
Nə mələk kim, ol pərinin əməlinə katib olmuş.
Nə əcəb gər olsa qəmdən dünümü günüm bərabər,
Nəzərimdən ol üzü gün neçə gün ki, qaib olmuş.
Qəmi-hicrdir kim, artar əsərilə eşq zövqü,
Qələt eyləmiş Füzuli ki, vüsalə talib olmuş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-buti-novresim-nemaze-sebu-ruz-ragib-olmus
Use ← → keys to move, R for a random poem