Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur,Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur.

Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün,Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur.

Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd,Dərd əhli bizəban, bidərdlər məsti-qürur.

Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun,Nuri-mah əfzun olur, xurşiddən olduqca dur.

Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud,Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur.

Tari-zülfündürmü rüxsarında canlar məskəni,Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim,Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love