Ələ alır gəzicək ol güli rəna ətəgin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Ələ alır gəzicək ol güli-rəna ətəgin,
Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.
Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün,
Götürər, düşməyə qoymaz yerə əmda ətəgin.
Dadilər qılmağa ol kafir əlindən, gecələr
Çıxar ahim göyə ta tuta Məsiha ətəgin.
Şamlər qanlu yaşım movcinə əlbəttə dəgər,
Hər necə kim, götürür çərxi-müəlla ətəgin.
Öylə üryan gərək avareyi-səhrayi-cünun
Ki, təəllüq tikəni tutmaya qəta ətəgin.
Rind xak olsa dəxi, dürdi-xümi-badə olur,
Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.
Güllər açıldı, Füzuli, yaxalar çak edibən,
Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ele-alir-gezicek-ol-guli-rena-etegin
Use ← → keys to move, R for a random poem
More by this author
Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər,Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir.
Padişahi-mülk, dinarü dirəm rüşvət veribPadişahi-mülk, dinarü dirəm rüşvət verib,Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahilSədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil,Yelə verdin xilafi-şər’ilə namusun islamın.
Müttəsil mə’rifət əhlini ayaqlarə salıbMüttəsil mə’rifət əhlini ayaqlarə salıb,Fələki-süflə qılır möhnətü qəm pamali.