Zairi-meyxanəyəm müğ səcdəsidir taətim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Zairi-meyxanəyəm müğ səcdəsidir taətim,
Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.
Hər yana baxsam, sürahi tək sücud etmək işim,
Qanda olsam, badə tək düşmək ayağə adətim.
Tövrümə zahid əgər surətdə eylər etiraz,
İxtilat etsəm, onu şərməndə eylər sirətim.
Bəs ki, cami-mey kimi xoş məşrəbü safi diləm,
Hörmətim vacib bilir, hər kim bilir keyfiyyətim.
Mötəbərlikdir qürur əhli, mən ondan fariğəm,
Etibarə çün deyil qabil mühəqqər heyətim.
Eşq ərbabi-vəfadən zail etmiş mehrimi,
Fəqr əsbabi-əlayiqdən götürmüş rəğbətim.
Ey Füzuli, fəqr toprağında dövlət istə kim,
Sayə ol toprağə salmışdır hümayi-himmətim.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-zairi-meyxaneyem-mug-secdesidir-taetim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Əzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,