Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana,
Şükr lillah, dövləti-baqi müyəssərdir mana.
Zülfü rüxsari xəyalilə nədir halın, demən,
Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana.
Hurü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim,
Həmdəm ol tubaqiyamü hurpeykərdir mana.
Arədən, ey şəm’, çıx bir guşə tut, kim, bu gecə
Bəzm bir xurşidtəl’ətdən münəvvərdir mana.
Verdi badi-sübh bir xurşidtəl’ət müjdəsin,
Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana.
Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim,
Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana.
Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə,
Ərseyi-dəşti-cünun səhrayi-məhşərdir mana.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-feqr-mulki-textu-alem-terki-efserdir-mana
Use ← → keys to move, R for a random poem
More by this author
Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candırCan vermə qəmi-eşqə ki, eşq afəti-candır,Eşq afəti-can olduğu məşhuri-cahandır!
Tutuşdu qəm oduna şad gördüyün könlümTutuşdu qəm oduna şad gördügün könlüm,Müqəyyəd oldu ol azad gördügün könlüm.
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkərZövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.