Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Bir gün olmaz tələtin görmək müyəssər, ah kim,
Zərrəcə ol gün yanında etibarım qalmadı.
Pak qıldı surətimdən zəf dəhr ayinəsin,
Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı.
Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə,
Silməyə göz yaşimi bir qəmgüsarım qalmadı.
Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
Ey Füzuli, el qamu əğyarım oldu yar üçün,
Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-gordum-ol-xursidi-husnun-ixtiyarim-qalmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Qu quşunun nəğməsiDeyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.