Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.

Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş,Şöleyi-atəşi-ahi-dili-suzandır bu.

Kəsmə ümmid könül başına cizginməkdən,Ola nagəh, düşə fürsət ələ, dövrandır bu.

Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.

Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü,Bizə hicran gecəsi şəmi-şəbistandır bu.

Könül istər ala bir bu səri-zülfündən, leyk,Vermədən can dilər almaq, sanır asandır bu.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dün demişsən ki: Füzuli mənə qurban olsun!Sənə qurban olayım, yenə nə ehsandır bu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation