Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad.Zaye eylər hüsnünü xəttin savad üzrə səvad.
Ola bilməz çini-zülfündən cüda göz mərdümü,Cari olmuşdur bu adət türrəsiz olmaz midad.
Könlün ahimdən tərəhhüm surətin göstərdi, leykMövcdən su nəqşinə çox etmək olmaz etimad.
Əşkü ahim nifrəti qət etdi eldən ülfətim,Cizginən çevrəmdə ya girdabdır, ya girdibad.
Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəmNalələr eylər, keçən həmdəmlərin etdikcə yad.
Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola,Oylə afətdən yaqasın qurtaran olmazmı şad?
Şiveyi-şimşad qəddin görsə, eylər bağiban,Etidali-sərvdən əlbəttə səlbi-etiqad.
Mərdümün məhv etmədən olmaz xətindən didə şad,Bulmaz olmaq zövq xətlərdən açılmadan savad.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib,Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-goz-xetinden-merdumin-mehv-etmeden-bulmaz-murad
Use ← → keys to move, R for a random poem
More by this author
Aşiq oldum yenə bir tazə güli-rənayəKi, salır al ilə hər dəm məni yüz qovğayə.
Məni candan usandırdıMəni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Heyrət, ey büt, surətin gördükdə lal eylər məniGoddess, when I sight thy figure wonder makes me dumb to be;He who sees my plight and fashion for a figure holdeth me.
Canı kim cananı üçün sevsə, cananın sevərCanı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Poems by other poets
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
O gözəldi, bu gözəlNagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Qafqaz müsəlmanlarına xitabƏssəlam, ey əhaliyi Qafqaz,Ey rəisani-sahibül-ezaz!