Məni candan usandırdı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-meni-candan-usandirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Kuhkəndən gözükür kuhdə asar hənuz,Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Getdi əldən sənəmin sünbili-mişkəfşaniGetdi əldən sənəmin sünbüli-mişkəfşani.Yenə dövr etdi pərişan məni-sərgərdani.
Gecələr ta halimə gərdun təmaşa etmədiGecələr ta halimə gərdun təmaşa etmədi,Tərk edib bidadını, bir mehr peyda etmədi.
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılınGəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Poems by other poets · Love
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
ArzuQara gözlü, şirin sözlü,Al yanaqlı, gözəl qız.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.