Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,
Əşkdir xali qılan qan ilə dolmuş könlümü.
Ey pərivəşlər, cəfa rəsmin unutmın, lütf edin,
Eyləmin bədxu cəfa mötadı olmuş könlümü.
Vədeyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib,
Möhnəti-hicran ilə aram bulmuş könlümü.
Xəncəri-bidad ilə hərdəm görər zəxm üzrə zəxm,
Hiç bir dəm görmədim önmüş, önülmüş könlümü.
Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım,
Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü.
Simbərlərdən gələn daşları yığmış çevrəmə,
Eşq məmur eyləmək istər pozulmuş könlümü.
Hər zaman bir atəşinrüxsar sövdasın çəkər,
Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-giryedir-her-dem-acan-qemden-tutulmus-konlumu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Çox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Firdovsi yanıldıQadınla əjdaha düşsə torpağa,*Torpaq da onlardan qaçar uzağa.*
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
QəzəlGər səninçün qılmasam çak, ey büti-nazikbədən,Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.