Canı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.

Su ki, sərgərdan gəzər, başında vardır bir həva,Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edibQayəti derlər, ola bir bəndə sultanın sevər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love