Məndə Məcnundan füzun aşiqlik istedadı var
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məndə Məcnundan füzun aşiqlik istedadı var,Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var.
Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.
Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,Hər kimin kim, dövr cövründən dili naşadı var.
Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdəKim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-mende-mecnundan-fuzun-asiqlik-istedadi-var
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Səni gördüm bir bayatı çağırdımBizim bağın barı mən,Arzularam yarı mən.