Məhşər günü görüm derəm, ol sərvqaməti
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Məhşər günü görüm derəm, ol sərvqaməti,
Gər onda həm görünməsə, gəl gör qiyaməti.
Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir,
Əlbəttə, bu işin çəkilir bir nədaməti.
Məcnun ki, padişahi-sipahi-vühuş idi,
Mən tək müsəxxər etmədi mülki-məlaməti.
Səhranəvərd ikən, mənə təsviri-Kuhkən,
Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.
Səngi-məlamət ilə çəkin çevrəmə həsar,
Əşkim fənayə verməsin əhli-səlaməti.
Zahid, çox etmə tən mey üftadəsinə kim,
Çoxları yıxdı piri-müğanın kəraməti.
Qəm zülmətində bulmağa dərdü bəla məni,
Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-mehser-gunu-gorum-derem-ol-servqameti
Use ← → keys to move, R for a random poem
More by this author
Rəvayət dənizlərinin üzgüçüsü,Hekayət səhralarının səyyahı
Bir gün ki, dey əlamətin etmişdi aşikarBir gün ki, dey əlamətin etmişdi aşikar,Tutmuşdu üz füsürdəligə təb’i-ruzigar,
Mən kiməm? – Bir fəqiri-bisərü paMən kiməm? – Bir fəqiri-bisərü pa,Kəmtərin bəndəvü kəminə gəda.
Saçma, ey göz, əşkdən könlümdəki odlarə suSaçma, ey göz, əşkdən könlümdəki odlarə suKim, bu dəklü tutuşan odlara qılmaz çarə su.
Poems by other poets
Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.