گل آمد باز گلشن فکر لطف از جنان دارد
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
گل آمد باز گلشن فکر لطف از جنان داردزمین از سبزه نو حیز رنگ آسمان دارد
فکنده در چمن آب روان بر پیچ و خم راهیچمن با آب حکم آسمان و کهکشان دارد
ز برک لاله هر دم قطره قطره می چکد شبنمچو محبوبان گلرخ لاله لعل درفشان دارد
ربوده آب چون آیینه عکس غنچه از گلبنچو خوبان سمنبر آب شکل دلستان دارد
نمی دانم چه می گوید صبا در گوش گل هر دمپیامی غالبا از عندلیب ناتوان دارد
صبا پیغام بلبل می گذارد پیش گل اماچه حاصل گوش گل را گوهر شبنم گران دارد
به گل عرض نیازی می کند بلبل نمی دانمکه با نازک مزاجان شرح درد دل زبان دارد
ز خود بر دست گلرا ذوق استغنای محبوبیچه می داند که بلبل از چه فریاد و فغان دارد
غرور گل نگر گل راز بلبل نیک می داندنمی داند که کم آزار عمر جاودان دارد
هوا از غنچه بر بازوی گلبن بست تعویذیکه از هر آفت آن تعویذ او را در امان دارد
ز تشریف بهار آمد خبر گویا که از غنچهبرای تهنیت هر شاخ گلبن صد دهان دارد
درون باغ سیر آب شبها نیست بیهودهمتاع حسن گل حفظ بقا زین پاسبان دارد
سوی گلشن مرو ابر نیسان غنیمت دانکه هر جوهر که می خواهد دلت این کاروان دارد
ز برق ابر آوازی مشو غافل سخن بشنوکه بهر غافلان حرف نصیحت در زبان دارد
سپر بر سر کشید از پیکر گل در چمن گلبنخم قوس و قزح پنداشت تیری در کمان دارد
صلایی می زند هر دم صدای آب مرغان راکه بسم الله درآید هرکه ذوق بوستان دارد
بزینتهای گوناگون دل شادی که در عالمفریدون داشت یا جمشید حالا باغبان دارد
فلک لطفی که پنهان داشت ظاهر کرد چون غنچهبه تنگ آمد ز پنهان داشتن تا که نهان دارد
به ملک آرایی و عالم فروزی فصل گل مطلقخواص حسن تدبیر امیر کاردان دارد
زهی فرخنده رایی آسمان قدری ملک شانیکه از هر برتری بر تو علو قدر شان دارد
فرید عصر جعفر بیک بی همتا که در خلقتشرف بر جمله افراد ابنای زمان دارد
شکوهش خاک را چون گرد باد از غایت همتبگردون می تواند بر دگر خود را بران دارد
اقامت سنگ را در آستانش می کند گوهرتوان در آستانش یافت هر فیضی که کان دارد
ز عدلست این که در معموره ملک سلیمانیباستقلال حشمت مسند نوشیروان دارد
ز صدقست این که شنقار شکار انداز اقبالشچو شهبازان برج اولیا هم آشیان دارد
ایا سردار صاحب عدل صایب رای صافی دلکه دریای صفاتت موجهای بی کران دارد
زمانه لب فرو بستست از اوصاف تو یعنیکه مشهورست این معنی چه حاجت بر بیان دارد
ترا زیبد ثنا از جمله خلق جهان زیراتو داری از فضیلت هر چه هرکس در جهان دارد
ترا هرکس که دارد دانشی ممتاز می داندبعقل خرده دان از هر که عقل خرده دان دارد
ملک در صورت انسان ندارد صورتی امایقین است این که در شان تو هرکس این گمان دارد
خداوندا فضولی روزگاری شد که دور از توفراغ از دانش و بینش ملال از جسم و جان دارد
همیشه بی تردد در مقامی ساکنست امابیاد خاک پایت متصل اشک روان دارد
نه بهر چاره جستن می برد ره سوی همدردینه بهر راز گفتن همزبان مهربان دارد
نه در سلک فقیران می تواند یافت تمکینینه پیش صاحبان مسند و منصب مکان دارد
گهی در فقر با خود نقش عزم روم می بنددگهی از فاقه سودای ره هندوستان دارد
ره بهبود خود کردست کم حالا نمی داندکه چون بر حال خود پردازد و خود را چه سان دارد
به چندین محنت و غم باز دارد خاطر شادیکه نقش مهر تو بر صفحه جان و جنان دارد
تدارک می کند صد درد را توفیق این دولتکه گاهی دست رس بر خاکبوس آستان دارد
الهی از گل و نسرین و سنبل تا اثر باشدالهی تا بهار اندر جهان نام و نشان دارد
چمن پیرای گلزار فرخ بخش جهان دایمبهار دولتت را فارغ از بیم خزان دارد
Gül gəldi, yenə gülşəndə cənnət lətafəti var,Yer tər otdan səma rəngi almışdır.
Axar su çəməndə əyri-üyrü bir yol salmış,Çəmənlə su səma ilə kəhkəşana bənzəyir.
Lalənin yarpağından bir löhzə qətrə-qətrə şeh damır,Gülüzlü məhbublar kimi lalənin dür saçan ləli var.
Su güzgü kimi qönçənin əksini fidandan almış,Gülbədənli gözəllər kimi suyun dilbər şəkli var.
Bilmirəm səba hər an gülün qulağına nə deyir,Görünür yazıq bülbüldən peyğamı var.
Səba bülbülün peyğamını gülə çatdırır, lakin,Faydası yoxdur, gülün qulağın şehin cəvahiri ağırlaşdırıb.
Bülbül gülə öz niyazını deyir, bilmirəm Ki, məzacı incələrə könül dərdini söyləməyə dili var.Gözəllik istintaqı gülü özündən çıxarmış,
Haradan bilir ki, bülbülün dadü fəryadı nə üçündür?Gülün qüruruna bax, bülbülün sirrini yaxşı bilir,
Bilir ki, pislik etməyənin ömrü əbədi olar.Hava qönçədən fidanın qoluna bir tilsim bağladı Ki, o tilsim onu hər bəladan qorusun.
Baharın guya təşrif gətirməsi xəbəri gəldi ki, qönçədən,Xoş gəldin demək üçün fidan yüz ağız açdı.
Bağın içində gecələr suyun axması yersiz deyil,Gülün gözəllik mətaini qorumaq üçün keşik çəkir.
Gülşənə sarı belə getmə, qənimət bil ki,Könlün hər bir cəvahiri istəsə, bu karvanın var.
Buludun avazından qafil olma, sözə qulaq as,Qafillər üçün dilində nəsihət sözü var.
Çəməndə fidan güldən başına qalxan çəkdi,Elə bildi ki, göy qurşağının yayında bir ox var.
Suyun səsi hər ləhzə haray çəkib, quşlara deyir,Bismillah, hər kəsin gülüstan meyli var, gəlsin.
Firidun, ya Cəmşidin aləmdə cürbəcür bəzəklərdən,Şad olan könülləri indi bağvanda var.
Fələk gizli saxladığı lütfü qönçə kimi aşkara çıxartdı,Gizləməkdən usandı, haçanadək gizləsin.
Mülkü bəzəməkdə və aləmi parlatmaqda gül fəslinin mütləqa,Iş bilən əmirinin gözəl tədbirinin xasiyyətləri var.
Afərin o rəyi mübarək, səma rütbəli, mələk şanlıya Ki, hər bir ucadan şanı yüksəkdir.Əsrin yeganəsi, misilsiz Cəfər bəy ki, xilqətdə,
Zamanın bütün fərdlərindən şərəfi ucadır.Calalı himmətinin ucalığından istəsə torpağı,
Burulğan kimi fələyin başına qaldırar.Daş, astanasında qalmaqla cəvahir olar,
Mədənin hər bir feyzini astanasında tapmaq olar.Ədalətdəndir ki, Süleymanın abad mülkündə,
Cəlalının istiqlalı ilə Ənuşirəvan təxti var.Sədaqətdəndir ki, iqbalının ovlayan minqarı,
Övliya bürcünün qartalları kimi yuva birləri var.Ey ədalətli, fikri parlaq, saf qəlbli sərdar Ki, sifətlərinin dənizinin ölçülməz dalğaları var.
Zəmanə sənin vəsfini söyləməyə dodağını açmır,Yəni məşhur olan bir mətləbi söyləməyə lüzum yoxdur.
Dünyada olan bütün xalqdan tərif sənə layiqdir çünki,Dünyada hər kəsin hər bir fəziləti varsa, o səndə var.
Biliyi olan hər kəs bilir ki, sən Incə ağılda hər bir incə ağıllıdan üstünsən.Mələk İnsan surətində olmur, lakin hər kəs,
Yəqin ki, sənin şənində bu gümandadır.Allah şahiddir ki, Füzuli səndən uzaq olan müddətdə,
Elmdən, bilikdən məhrum, cismü canı məlala düçar olmuşdur.Get-gəl etmədən həmişə bir yerdə sakindir, lakin,
Ayağının torpağı yadı ilə daim göz yaşı axıdır.Çarə aramaq üçün nə bir həmdərd tapır,
Nə də sirrini söyləmək üçün mehriban həmdəmi var.Nə yoxsullar silkində özünə yer tapa bilir,
Nə də məqam və rütbə sahibləri yanında yeri var.Yoxsulluq içində gah Ruma getmək əzmində olur,
Gah da ehtiyacdan Hindistana yola düşmək xəyalında olur.Özünün yaxşılaşması yolunu itirib, indi bilmir Ki, öz balına necə çatsın, özünü necə dolandırsın.
Bu qədər qəm kədərlə necə xatiri şad olsun Ki, sənin məhəbbət naxışın can səhifəsindədir.Bu iqbalın yardımı ilə yüz dərdə dərman olur,
Çünki gahdan o astananın torpağını öpməyə əl tapır.İlahi, güldən, nəsrindən, sünbüldən iz qaldıqca,
İlahi, dünyada baharın adı-sanı durduqca,Dünyanın sevinc bəxş edən gülzarını çəmən bəzədikcə,
Dövlətinin baharı xəzan vahiməsindən iraq ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qeside-18
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gecə etdim uyqumu kənar,Sordum:
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.