بتحریک هوا برگ رزان در باغ ریزان شد
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
بتحریک هوا برگ رزان در باغ ریزان شدبهر سو صفحه بهر خط سبزه زر افشان شد
بموج گلشن و برگ درخت از گردباد غمنشسته بود گردی سر بسر شسته بباران شد
مگر باد از بهار آورد پیغامی که شاخ گلز برگ آن رخت زر بفت که . . .ان شد
ز وی سیم فراوان شکوفه شد نهان حالاخزان بگشاد بر عالم خزانه زر فراوان شد
ز صحرا نازنینان جانب خلوت هوس کردندبخلوت موسم بوس کنار نازنینان شد
شبستان یافت زینت از چراغ ساغر و ساقیبه سرو و لاله و گل بی تکلف به ز بستان شد
خوش آن عارف که در گنج فراغت اینچنین فصلیهمه دشوارهای شدت دی بر وی آسان شد
خزان او را برای عیش خوشتر از بهار آمدنکرد اندیشه در خاطرش ره کین نشد آن شد
درون خلوتی با شمع و می بردست کام دلبعینه بر مثال لعل کان پرورده کان شد
نیامد چون گل از خلوت سر از بیرون نگر آندمکه گفتند ابر نیسان باز بر گلشن در افشان شد
بهار آمد ریاض دهر رشک باغ رضوان شدریاحین سر زد از هر گوشه عالم گلستان شد
چکید از برگ گل شبنم ز دلها شست گرد غمدرخت گل چو خوبان در فشان از لعل خندان شد
خزان دست تسلط برکشید از غارت گلشنگل از روی عدالت بر سریر عدل سلطان شد
هوا از شاخ گل هر حقه سربسته غنچهکه برده برد باز آورد از کرده پشیمان شد
لباس گونه گون پوشیده عالم از گل و سبزهبر آیینی که گویا کهنه گبری نو مسلمان شد
صبا آیینه سبزه سبزه آیین گلستان استسمن بر جلوه گل گل برقص سرو حیران شد
که گل را هست پا بر خار و دارد سرو پا در گلچه شد آن یک چنان جنبید و این یک چون خرامان شد
فروزان گشت هر سو از شقایق منقل آتشبدان آتش ز عالم دفع سرمای زمستان شد
بصحرا خیمه زد و ز خرگه غنچه برون شد گلگذشت ایام خلوت موسم سیر گلستان شد
سهی قدی که از بیم هوا شمع شبستان بودخرامان همچو سروی سوی بستان از شبستان شد
بروی سبزه تر دانه دانه قطره شبنمفتاد و زیب فیروزه همه درهای غلطان شد
بر آمد بلبل شیرین زبان بر منبر گلبنخطیب خطبه ایام شاهنشاه دوران شد
شهنشاهی که ذکرش مونس اهل جهان آمدنسیم روضه مهرش بهار گلشن جان شد
بنای همتش صیدی میان حق و باطل بستطریق طاعتش حدی میان کفر و ایمان شد
همه ویرانه معمور گشت از فیض عدل اوهمین از دست جودش ظالمان گنج ویران شد
پریشانی عالم کرد ازو جمعیتی حاصلهمین گیسوی جمعی مهوشان بر رخ پریشان شد
بر افتاد آنچنان در دور او بیداد از عالمکه عاشق نیز فارغ از جفا و جور جانان شد
اساس از دولت او کرد معمار قضا روزیکه بانی بنای شش جهات و چار ارکان شد
بروز رزم آن شاهی که تیغ و تیر دلدوزشچو آب و چون صبا هر گه چمن آرای میدان شد
دل بدخواه پر خون گشت و جسم خصم پر پیکانگلی در غنچه و غنچه در خار پنهان شد
زمان بزم بزمش بهشتی می توان گفتنکه جامش سلسبیل و ساقیان بس حور و غلمان شد
ایا شاه فریدون بخت نور اقبال سلم آیینکه او صاف تو چون رستم بهر جا رفت دستان شد
ترا شد راست کار از راستی او صدق خصمت راسبب بر سستی اقبال و سستیهای پیمان شد
بسان پرتو خورشید هر جانب که رو کردیعدوی تیره بخت از پیش چون سایه گریزان شد
ترا از اقتدی شرع فیض دولت باقیستنصیب هر که باشد پیر و حضر آب حیوان شد
فلک را رفت از حیرت عنان اختیار از کفترا هرگه که دشت رخش پیما گرم جولان شد
خداوندا فضولی بلبلی بود از سخن ماندهبفیض نو بهار عز و اقبالت خوش الحان شد
بدرگاه تو رو آورد شد از غیر مستغنیفقیری بر سر خوان خلیل الله مهمان شد
چنین امید دارم کان چنان من هم شوم از توکه از محمود فردوسی و سلطان ویس سلمان شد
دهد مدح تو نظمم را و نظم من شود شهرتکه هر کس هست از فیض سخن مشهور دوران شد
Həva bərki-xəzani bağ içində tökmədə lərzan,
Olur hər yan yaşıl otların üstü sanki zərəfşan.
Olub gülşən üzü təzə və yarpaqlar təmizlənmiş,
Silibdir qəm tozunu hər tərəfdən qətreyi-baran.
Külək vermiş məgər gül şaxinə yazdan xəbər kim, o,
Verib zər paltarın yarpaqdan olmuşdur belə üryan.
*
Qaçıb deydən gümüş pul tək çiçəklər gizli saxlanmış,
Xəzan açmış xəzinə, aləmə səpmiş qızıl reyhan.
Çəməndən nazəninlər evlərə meyl etdilər indi
Ki, xəlvətdə nigarın vəslinə vardır əcəb imkan.
De y – qışın birinci ayının adıdır.
Çirağü sağərü səhba şəbistanə verib ziynət,
Daha xoşdur bu sərvü laləvü gül indi bostandan.
Belə mövsümdə bir künci-fərağətdə olan arif.
Edir qış fəslinin şiddətlərini özünə asan.
Ona, bil, eyni-işrətçin bahardan da xəzan xoşdur,
Əgər yoxdursa gül bağda, yanında əyləşib canan.
Girib bir xəlvətə şəm’ü mey ilə xoş ola qəlbi,
Misali-lə’l ola mə’dən ilə dəmsazü həmdastan.
Girib xəlvətsərayə gizli qalsın qönçə tək ta ki,
Desinlər əbri-nisan gülşən içrə oldu dürəfşan.
Bahar əyyamı yer səthi dönübdür bir gülüstanə,
Açıb hər bir tərəfdən gül, yaranmış cənnəti-rizvan.
Töküb gül yarpağı şəbnəm, ürəklərdən silindi qəm,
Qızıl gül şaxəsi hərdəm açıb ləb oldu xoş xəndan.
Xəzan əl çəkdi ğarətdən bu səhni-gülşəni baği,
Ədalət bayrağı açdı, gül oldu gülşənə sultan.
Hava gül şaxəsindən qönçələr qaçıb qaçırmışdı,
Geri verdi nəhayət qönçəni, oldu yəqin peşman.
Bu aləm geydi rəngarəng libasi səbzəvü güldən,
Sanasan dini-islamə gətirdi köhnə gəbr iman.
Səba fəxr etdi səbzəylə, yaşıllıq gülsitan ilə,
Səmən gül cilvəsinə, gül də sərvin rəqsinə heyran.
Tikan batmış ayağına gülün, sərv isə bənd olmuş,
Əcəb, bəs bu necə işdir ki, onlar oldular rəqsan?!
Şəfəq tək hər tərəfdən bir çiraq yandırdı hər lalə,
Haman atəşlə qurtardı bütün aləm soyuq qışdan.
Qurubdur xeyli səhradə, çıxıbdar qönçədən güllər,
Keçibdir xəlvət əyyamı, çatıbdır mövsimi-seyran.
Həvadən qorxaraq şəm’i-şəbistan tək qalan dilbər
Çıxıbdır sərv tək indi, olubdur azimi-bustan.
Yaşıl otların üstünə səpilmiş daneyi-şəbnəm,
Düzülmüş sanki firuzə üzündə dürlər yan-yan.
Çıxıb gül mənbərinə bülbüli-şirin-zəban, sanki,
Odur indi xətibi-xütbeyi-şahənşəhi-dövran.
Şəhi dünyavü din Sultan Süleymani-mələksiyrət
Ki, ədl ilə olub varis Süleyman mülkünə əl’an.
O bir şahdır, onun zikri gəlir xoş əhli-dünyayə,
Bahari-gülşəni-canə, nəsimi-lütfü vermiş can.
Ayırdı hümməti ilə həqiqət ilə, nahəqqi
Təriqi-taəti oldu həsari-küfr ilə iyman.
Bütün viranələr indi onun feyzilə abaddır
Səxali əlləri etdi fəqət öz gəncini viyran.
Onun dövründə məhv oldu cəfavü zülm aləmdə
Ki, aşiq bilmədi hətta nədir işkənceyi-canan.
Onun dövlət əsasından qəza me’marı hökmilə,
Cahanda altı səmtilə müəyyən oldu dörd ərkan.
Döyüş vaxtında ol şahin oxuyla xəncəri əlbir,
Həvavü su kimi işlər, qızıl qanə dönər meydan.
Qılıncı doğrayar dərhal o bədxah düşmənin qəlbin,
Rəqibin gözünə sivri tikan tək sancılar peykan.
Quranda məclis ol sultan düşər baği-Irəm yadə,
Qədəh bir səlsəbildir, saqisidir huriyü qılman.
Firudin bəxtli bir şahsan, Səlim ayinli iqbalın,
Sənin tə’rifin olmuşdur misali-Rüstəmi-dastan.
Işin düz oldu, çünki düz olub hər söz və ilqarın,
Rəqibin əydi qamət, əyridir çün ondakı peyman.
Günəş tək hər yerə saldın nəzər, nur aldı dünyanı,
Rəqiblər kölgə tək səndən qaçıb tez oldular pünhan.
Sənə şər’ilə baqidir həmişə feyzi-dövlət, bil,
Kimə Xizr olsa bir pişrov, yaşar əlbəttə cavidan.
Fələk gördükdə rəxşində olan cövlanı, mat qaldı,
Donub qaldıqda, heyrətdən dayandı gərdişi-dövran.
Böyük şahim, Füzuli bir susan bülbüldü aləmdə,
Dil açdı indi sayəndə, necə gör oldu xoşəlhan.
Sənin dərgahinə gəldi, buraxdı başqa dərgahi,
Olub xani-Xəlilullahə sanki bir fəqir mehman.
Ümidim var bu dünyadə edim mən də səni tə’rif,
Necə Məhmudi Firdovsi və Sultan Veysi də Səlman.
Bu mədhində mənim nəzmim sənə bəxş eyləyər şöhrət,
Sözün feyzi edibdir hər kəsi, bil, şöhreyi-dövran.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qeside-19
Use ← → keys to move, R for a random poem
More by this author
Pərdədari-hərəmsərayi-qüdrət əbkari-aləmi-hücərati-ərvaha rüxsəti-təzvicitə’əyyünati-işba’ verdükdə hilyeyi-iste’dadi-alamla müzəyyən qılmadan
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edərHikməti-baliğeyi-rəbbani binayi-mükəvvənat və qüdrəti-kamileyi-müsəvviri-əşkali-mövcudat böylə iqtiza qılmış ki, bünyeyi-vücudi-bəşər məzhəri-cəmi’isifat
İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhumƏgərçi izhari-silsileyi-siyadət daxili-əhvali-Kərbəla və şərhiibtilayi-ənbiyaolmayub, bu nüsxədə iradı münasib degil, əmma tətəbbö’i-məzmuni-"Rövzətüş-şühəda"
Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlamMahi-Məhərrəm oldu, şəfəqdən çıxub hilal,Qılmış əza, tutub qədi-xəm qərqi-əşki-al.
Poems by other poets · Nature and spring
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
İndiMüxənnət zamana, beymürvətə fələk.Qoymadı mətləbim, bir aləm indi,