Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün,

İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.

Həllü əqdin aləmin qılmış müfəvvəz rə’yinə,

Naibi-hökmi-xilafət eyləyib dövran səni.

Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib,

Qılmaya sərməst cami-şövkəti-divan səni.

Olasan insaf üçün mənsub ikən, əhli-fəsad,

Edə din əhlinə afət, qilləti-iman səni.

Etməyə mə’mureyi-islami viran, kəndüyə

Ə’zəmi-ə’vanü ənsar eyləyə şeytan səni.

Etmiş ikən əfzəli-xəlqi-cəhan iqbal ilə,

Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets