Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniYetirdi mənzili-məqsudə İbrahim sultani.

Təriqi-Kərbəla, rahi-Nəcəf bir rəhbər istərdi,Bu yolda gördü Həq Xizr olmağa sultani ərzani.

Vilayət dürlərinin mə’dənidir övliya bürci,Əmini-Həq görüb sultana tapşırdı fələk ani.

Əya sultani-ali-himmətü sərdari-adildilKi, sənsən gövhəri-insafü dürri-mə’dələt kani.

Müştərrəf eylədi zati-şərifin xaki-Bağdadi,İmarət qıldı rə’yi-gəncbəxşin mülki-virani.

Səfa tapdı visali-məqdəmindən yenlə can baği,Əsas aldı binayi-himmətindən ədl eyvani.

Qədəm basdın diyari-əşrəfi-Bağdadə vü bir-birMəzaratü büqaül-xeyr səndən oldu nurani.

Ziyarətlər ki, qıldın, asitanlar kim, təvaf etdin,Qəbul olsun ki, tapdın hər birindən feyzi-Rəbbani.

Məqami-Qənbərü övladi-Fəzlü bə’zi əhli-beytTəvaf etdin, cəvanmərdanə qıldın ərz ehsani.

Əlinin pəncəsin qıldın ziyarət kim, müqərrərdir,Yeni gördükdə məxdumin əl öpmək bəndəfərmani.

Ziyayi-rif’ətindən sayə buldu, seyr vəqtindəGəhi Bəhluli-divanə, gəhi Mənsuri-həqqani.

Həmişə xəsmini şahi-vilayət daşə döndərsinNəçük kim, gördün etmiş mö’ciz ilən daş arslani.

Məqami-mintəqə tövfin qılıb oldun kəmərbəstə,Öpüb övnü müin dərgahın etdin tazə imani.

Cəvadü Kazimin əttari-Bağdad olduğun bildin,Üz urdun, tapdın ol əttardən hər dərdə dərmani.

Təqiyyü Əskəriyyü Mehdiyə ənsar göndərdinKi, alayişli kafər ləşkərindən saxlaya ani.

Fərati-paktək Babil diyarına qədəm basdın,Bər övci-Zöhrə oldu səndən ol Haruti-zindani.

Misali-məşhədi-Şəmsü məzari-Cümcümə bir-birTəmaşasiylə gördün mö’cizati-Şahi-mərdani.

Əqiyl ibni-Əbitalibdən istimdad edüb himmət,Təriqi-Kərbəlayə başladın əqranü ə’yani.

Çü dəşti-Kərbəlayə ləşkəri-islami cəm’ etdin,Yəqin oldu ki, şahi-Kərbəlanın istənir qanı.

Ədayi-taətü ərzi-niyaz etdin, bihəmdillahKi, məqbul oldu Beytullahə İbrahim qurbani.

Yetirdin niyyəti-pakilə bir-bir cəddü abayəSəlami-rövzeyi-pakizeyi-Şahi-Xorasani.

Bu gün sərmənzili-məqsudə yetdin rahi-vəhdətdə,Rəfiq oldu sənə tövfiq, tapdın vəsli-canani.

Nə canan, cani-mütləq, bəlkə candan əfzəlü əşrəfKi, dərgahində eylər can nisarın insivü cani,

Xudanın “İnnəma” qövlində xəlq içrə vəliəhdi,Rəsulin “ləhmükə ləhmi” səri-xanında mehmani.

Gəhi-möhtacə vermiş Qənbəri tüğyan edib lütfiGəhi arslandan almış müztərib halətdə Səlmani.

Tüfeyli-gövhəri-zati-şərifi Adəmü aləm,Fədayi-cövhəri-cismi-lətifi bəhrivü kani.

Əmirül-mö’minin Heydər Əliyyibni-ƏbitalibKi, Cibrili-əmindir xəlvəti-vəhdətdə dərbani.

Nədir dünyavü üqba bi-rizayi-Mürtəza billah,Nə ol baqi gərək sidq əhlinə, mültəq, nə bu fani.

Müdam ol kim, bu dərgahin qamu sadatü xüddaminSərasər cəm’i-xatir qıldın ol cəm’i-pərişani.

Məni-qafildən agah ol ki, bir kəmtər sənaxanəm,Gərək səntək sərəfrazın mənimtək bir sənaxani.

Füzuli, bu hərəm içrə şəbü ruzü gəhü bigəh,Duayi-xeyr qıl sutanə, tərk et rəsmi-nisyani.

Nə övradü dua kim, qıldı sultan asitanlarda,Qəbul olsun, budur dilşad edən yüz min müsəlmani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise