Yenə açıldı gülü qıldı cəhani xürrəm,Çəmənarayi-vücud oldu güli-baği-ədəm.

Müjdeyi-lalə vü gül verdi məgər badi-bəharKi, nisar etdi şükufə ona dinarü dirəm.

Lalə bir rəng ilə kəşf eylədi əsrari-dərunKi, dili-xakdə qalmadı rümuzi-mübhəm.

Şəm’i-gül verdi çəmən bəzminə bir nurü sürurKi, çirağ ilə bulunmaz əsəri-zülməti-qəm.

Baddən qönçələrə hamilə oldu gülbünÖylə kim, İsaya Cibril dəmindən Məryəm.

Dəmi-canbəxşini guya yelə vermiş İsaKi, bulur can təni-əşcar dəmindən hər dəm.

Dəm bu dəmdir, bu dəmi xoş görəgör, ey arif,Anma İsa dəmini, urma keçən dəmdən dəm!

Səbzəxiz oldu həvadən ölülər toprağı,Səbzə hər lövhi-məzarə bu xəti qıldı rəqəm:

Ki, niçün qəflət ilə fövt ola bir mövsim kim,Ola ondan dirilər tək ölülər həm xürrəm.

Xaki-Cəm üzrə çıxıb lalə, dutub camını derKi: kimin var isə bir camı, bu gün oldur Cəm.

Adəmi istəsə topraqdə, əlbəttə, bulurBu gün ol feyzi ki, toprağı edibdir Adəm.

Səbzədən jəng əyan eylədi ayineyi-bağBəs ki, çəkdi dünü gün şəbnəmi-barandan nəm.

Türfə kim, səbzə ilə rövnəqi-bağ oldu ziyad,Gərçi hər ayinədən jəng səfa eylər kəm.

Bülbülə minnət edib dün der idi badi-bəharKi: mənəm vasiteyi-rövnəqi-mülki-aləm.

Dedi bülbül ona: ey əhli-xilaf, eyləmə laf!Bir həya qıl, bu sözü söyləmə, əbsəm, əbsəm!

Sən əgər bilməz isən, cümleyi-afaq bilirKi, kimindir bu mübarək əsəri-feyzi-qədəm.

Tazə gülzari-vəzarətdə açılmış bir gül,Vermiş afaqə nəsimi-əsəri lütfi-İrəm.

Qılmış ondan bu səfa kəsbini gülzari-vücud,Olmuş onunla bu bünyadi-lətafət möhkəm.

Ol sərəfraz kim, onun kimi bir fərrüx rüxPayeyi-qədrə qədəm basmadı ondan əqdəm.

Ondan aldı əzəmət əmri-vəsarət, guyaHökm üçün şimdi Süleymanə verildi xatəm.

Ona xətm oldu rəhü rəsmi-hökumət, guyaŞimdi nəsb oldu bu dərgahə vəziri-ə’zəm.

Hüsni-rə’yilə bu gün hökmə girir divü pəri,Zərbi-tiğilə bu gün fəth olur iqlimi-Əcəm,

Ki, Süleymani-zəman Asəfi etdi nayib,Oldu sərəskəri-Keyxosrovi-dövran Rüstəm.

Ol cavanbəxt ki, icrayi-ədalətdə müdam,Nəsəqi-şər’ilədir əmri-şərifi töv’əm.

Pərtövi-rəhməti-Həq həzrəti-Rüstəm PaşaSəri-ərbabi-səxa, sərvəri-pakizəşiyəm.

Gər səbadən xəbəri-ədlin eşitsə, edəməzŞəm’ pərvanəyə mütləq diri olduqca sitəm.

Mülk nəzminjə əgər hökmünə olsa vaqif,Zülfi-məhbubi həva eyləyə bilməz dərhəm.

E’tidal istəsə ərkani-mizacə ədli,İrişür sihhəti-am ilə ətibbayə ələm.

Feyzi-nüsrət bulur, əlbəttə, cahangirligəHimməti hər kimə xurşidsifət versə ələm.

Səfheyi-namə kimi cəzm dutar hər yerə kim,Kilkvəş çəksə süturi-sipəhi xeylü həşəm.

Rif’əti-qədrini xurşidə sual etdi zəmin,Xaki-dərgahinə yad eylədi xurşid qəsəm

Kim, onun bulmayıb əhvalına bir zərrə vüquf,Qalmışam daireyi-heyrət içində mən həm.

Taəti-Xaliqədir hüsni-risasi dai,Rizqi-məxluqə kəfi bəhri-nəvaliməqsəm.

Bəhrü kan eyləsələr də’viyi-ehsanü səxa,Kərəmü cudini gördükdə olurlar mülzəm.

Qanı ol rütbə ki, cudiylə onun bəhs edə bəhr,Qanı ol hövsələ kim, kan kərəmdən ura dəm.

Hər nə tədric ilə min ildə verə bəhreyi-kan,Hər nə yüz ildə mürur ilə olur hasili-yəm,

Bəzl bir dəmdə edər məclisinə xazini-cud,Sərf bir gündə qılır bəzminə qəssami-kərəm.

Billah ər görmüş olaydı kərəmi-bibədəlin,Onu mö’cüz sanıb iymanə gəlirdi Hatəm.

Sərvəra, cümleyi-afaqə yetirmiş ədlinVüs’ət üzrə əsəri-rabiteyi-xani-niəm.

Nola gər dari-şəfayi-kərəmindən yetsəBu Füzuliyi-diləfgarinə həm bir mərhəm.

Var ümidim ki, cahan olmaya xali səndən,Necə kim, var nücumü fələkü lövhü qələm,

Şüğli-aləm ola tədbirin ilə rast müdam,Qəddi-gərdun ola pabusin içün daim xəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring