Ey vücudi-kamilin ayinədari-feyzi-həq
Ey vücudi-kamilin ayinədari-feyzi həq,
Asitanın qibleyi-hacati-ərbabi-yəqin.
Ey kəmali-rif'ətin sərmayeyi-əmnü əman!
Vey cəmali-şövkətin pirayeyi-dünyavü din!
Hüsni-rəy'in afitabi-aləmi-sidqü səfa,
Xaki-payin mənşəi-cəm'iyyəti-ruyi zəmin.
Gəlməmiş bir sən kimi pakizətinət aləmə,
Ta binayi-aləm etmiş nəqşbəndi-mavü tin.
Məsnədi-Nurşirəvandır büq'əyi-Darüssəlam,
Sənsən istehqaq ilə Nurşirəvanə canişin.
Cismdir mə'nidə bürci-övliya, sən ruhi-pak,
Bir nigindir xitteyi-Bəğdad, sən nəqşi-nigin.
Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rif'ətin,
Övliya bürcini etmiş rəşki-firdövsi-bərin.
Xasü am olmuş nəvali-ne'mətindən bəhrəmənd,
Afərin, ey şəhriyari-mülkpərvər, afərin!
Mən ki, bir kəmtər duaguyəm, nəzər saldın mənə,
Qoymadın xaki-məzəllətdə qalım zarü həzin.
Zaye' ikən qədrimi bidirdin əhli-aləmə,
Tirə ikən eylədin xaki-vücudim ənbərin.
Əbri-lütfün qıldı xari-xüşkimi gülbərgi-tər,
Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin.
Ne'mətin şükri mana fərz etdi izhari-səna,
Şəfqətin tövqi məni qıldı qulami-kəmtərin.
Qəm degil əhli-qərəz eylərsə məndən mən'i-xeyr,
Qəm degil əhli-həsəd bağlarsa mən miskinə kin.
Ruzigarilə mənim məqsudimi hasil qılıb,
Ol ki, mən' eylər, olur bədxahi-rəbbül-aləmin.
Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid,
Xirməni-əltafin ətrafında olan xuşəçin.
Var ümidim mehrü mah etdikcə dövran, olasan
Kamyabü kamranü kambəxşü kambin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qite-5-ey-vucudi-kamilin-ayinedari-feyzi-heq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Beşikdən məzara qədər bəşərin əhvalıBir xeyli zaman tifl yatar həbsi-şikəmdə,Ordan atılır dəhrə xilas olduğu dəmdə.