Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim,
Göydü can könlümdəki suzi-nihanimdən mənim.
Ta əsər var cismü cani-natəvanimdən mənim,
Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim,
Bu başımdan savulub, ol getsə yanimdən mənim.
Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yartək,
Rəglərim sızlar əl ursam, çəng üzrə tartək,
Çəngü ney mümkün kəm edə zarlıq mən zartək,
Bəs ki, məmluyəm həvayi-eşqə musiqartək,
Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim.
Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər,
Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər.
Qan yaşımdan yanə kim, tutmuş yolun, qıl bir güzər,
Meyl qıl məndən yana, hər dəm bu istiğna yetər!
Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim.
Güz evitək oldu əşkimdən çox evlər qərqi-ab,
Göz evitək qıldı çox ev mərdümi-çeşmim xərab,
Aləmi seylabə verdim, ey cəmali afitab.
Görünür mərdüm gözünə seyldən qopmuş hübab,Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim.
Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni,
Göz yaşı olur rəvan hər gəh xəyal etsəm səni,
Lütf umub səndən, səri-kuyində etdim məskəni,
Gəl gözüm nuri, Füzulitək çox ağlatma məni,
İnciməzmi xatirin ahü fəğanimdən mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-texmis-2-ten-pozuldu-cesmi-eski-xunfesanimden-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Əgərçi iynə tək keçdim cahanın cümlə varından,Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından.
Ələ alır gəzicək ol güli rəna ətəginƏlə alır gəzicək ol güli-rəna ətəgin,Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.
Zairi-meyxanəyəm müğ səcdəsidir taətimZairi-meyxanəyəm müğ səcdəsidir taətim,Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.
Zülfi kimi ayağın qoymaz öpəm nigarımZülfi kimi ayağın qoymaz öpəm nigarım,Yoxdur onun yanında bir qılca etibarım.
Poems by other poets
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım