Vay, yüz min vay kim, dildardən ayrılmışam
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Vay, yüz min vay kim, dildardən ayrılmışam,
Fitnə çeşmi sahirü xunxardən ayrılmışam,
Bülbüli-şuridəyəm, gülzardən ayrılmışam,
Kimsə bilməz kim, nə nisbət yardən ayrılmışam,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Qəddi tuba, lə’li firdövsün şərabi-kövsəri,
Xülqü xuyidir mələk, surətdə əmsali-pəri,
Bürci-əflakin səadətli, şərəfli əxtəri,
Hüsn ara məcmu’i-xubların sərasər sərvəri,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs,
Çərxi-bədmehrin əlindən dad qılsam, eyb iməs,
Qəm diyarın dil ara abad qılsam, eyb iməs,
Bu bina birlə cahanda ad qılsam, eyb iməs,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak,
Naxüni-həsrət bilən edib giribanimi çak,
Gündə yüz gəz hicr tiğilən oluram mən həlak,
Gərdişi-dəvvar cövründən məni-dilxəstənak
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
İştiyaqü şövqdən canü tənim aludədir,
Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir,
Ağlamaqdan çeşmü cismi-dərdnakim sudədir,
Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Vəsl umub cövrü cəfasini çəkərkən can hənuz,
Mehr umub şövqində yanarkən dili-suzan hənuz,
Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz,
Yetmədən payanə ahü naləvü əfğan hənuz.
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Mülki-vəsli dilbərin, könlümdə mə’mur olmadan,
Eşq camindən dilü can məstü məxmur olmadan,
Dərdi-bidərmani-hicrindən tənim dur olmadan,
Həm Füzuli eşqü aşiqliği məşhur olmadan,
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-texmis-3-vay-yuz-min-vay-kim-dildarden-ayrilmisam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bağça barın arzular,Aşiq yarın arzular,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Yavaş getBəzənib, qurşanıb seyrə çıxan yar,Ala gözlü Səhnəbanım, yavaş get!
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?