Ey saqi, ey od məclisinin rəhbəri, tacı,Bir odlu su ki, onda olur dərdin əlacı.Ver bol-bol içim, qoyma məni atəşə həsrət,Onsuz da başım dərdli olub, çəkmiş əziyyət.Ver atəşə bənzər o suyun xoş əməlindənIçdikcə sənə gizli qalan sirlər açım mən.Mey ver ki, o xoş ətirlərin üstümə saçsın,Yüz arzu xəzinəm üzümə qapısın açsın.Bir mey ki, onun rəngi qızıl, qırmızı qandır,Bir mey ki, cahan içrə tamam müşkül açandır.Ver, ver mən içim, eylə məni qafil özündən,Qəmli işimi müşkülə salma, fəqirəm mən.Ol gün ki, əzəl camını mən xəstəyə verdin,Açdın dilimi, canlı bir İnsana çevirdin.Gün yetdi, zaman çatdı, ürək, dil səsi gəldi,Qondu başıma cami-əzəl nəşəsi gəldi.Indi gəl otur, dinlə məni, dinlə dərindən,Sirlər qapısın lay-lay açım dinlə, eşit sən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern