İkinci camın keyfiyyəti
Ver, Saqi, o Nuhun gəmisi rahəti-canı,Ver ki, məni qərq etdi bu qəm, dərd tufanı.Gül tək saralıb soldu həyatım acı qəmdən,Ver, ver ki, içim bəlkə tapım, Saqi, nicat mən!Ver, Saqi, ver ol zahir edən ism ilə zatı,Ver, ver o ağıl Xizri üçün abi-həyatı.Nəfsilə ölən gözlərimə nur tökülsün,Pəjmürdə düşən qönçələrim bir daha gülsün.Ver, Saqi, ver ol ayna kimi badeyi-canı,Bir badə ki, əks eyləyir o, cümlə cahanı.Ver, ver ki, içim, təşvişimi ta eləyim kəm.Ver, ver ki, görünsün gözümə büsbütün aləm.Agah elədin öylə ki, bu feyzi qədəhdən,Bu badə ilə nəşəmi artır, tamam et sən.İkinci qədəh ilə ürək qüvvət alıb taİzhar eləsin hər şeyi batində nə varsa.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-yeddi-cam-ikinci-camin-keyfiyyeti
Use ← → keys to move, R for a random poem
More by this author
"K'ey gah qədim kimi xəmidə'Gahi pür olan misali-didə!
Bu, Leylinin səbaya pəyami-əhvalıdır və ümid ilə dəf'i-məlalıdırEylərdi səbaya dərdin izhar:"K'ey badi-səba, dur indi, zinhar!
Bu, Leylinin bahar əyyami seyri-gülzar etdigidir və gülzarda muradına yetdigidirBir gün ki, bahari-aləmarayZövq əhlinə oldu rahətəfzay,
Bu, Leylinin əbr ilə izhari-niyazıdır və eşq babında kəşfi-razıdırƏbr ilə təkəllüm etdi ağaz:"K'ey ahim ilə həmişə həmraz!
Poems by other poets · Wine and the tavern
Ağlaya-ağlaya düşdüm yollara,Yar ayrısı dərdü-möhnət, yara yüz.
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəmMehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.