Yıxdı saqi bir əyağ ilə məni-əfkarı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Yıxdı saqi bir əyağ ilə məni-əfkarı,
Bir təpik eylədi viran, bu kühən divarı.
Gah məmur qılır badə məni, gah xərab,
Görünüz gah yapıb, gah yıxan memarı.
Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək,
Gecələr yadimə gəldikcə məhi-rüxsarı.
Dil yaxar dağ gözün fikri ilə hicr günü,
Bu çirağiləmi saxlar gecə ol bimarı?
Yox özündən xəbəri kim ki, gəlir dünyayə,
Bəzmdən dışra qomaz, piri-müğan hüşyarı.
Bizə çün qədr bulunmaz, çıxalım dünyadən,
Müştəri yox, necə bir bəkliyəlim bazarı.
Qeydi-islam, Füzuli, sənə bir afətdir,
Bir həsar edə gör ondan özünə zünnarı.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-yixdi-saqi-bir-eyag-ile-meni-efkari
Use ← → keys to move, R for a random poem
More by this author
Mülki-hüsnün böylə zalim padişahi olmağıl,Kim sənə zalim desə, adil güvahi olmağıl.
Mürdə cismim iltifatından bulur hər dəm həyatMürdə cismim iltifatından bulur hər dəm həyat,Ölərəm gər qılmasan hər dəm mənə bir iltifat.
Müshəf demək xətadır ol səfheyi-cəmaləMüshəf demək xətadır od səfheyi-cəmalə,Bu bir kitab sözdür, fəhm edən əhli-halə.
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdimMüxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim,Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim.
Poems by other poets · Wine and the tavern
(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,