Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim,
Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim.
Dəxi zövqi-visali-dust şövqün istəmin məndən
Ki, mən zövqi-visali, möhnəti-hicranə dəgşirdim.
Məni, ey bağiban, məzur tut gülzar seyrindən
Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəgşirdim.
Könül verdim fənavü fəqrə, tərki-etibar etdim,
Bihəmdillah ki, axir küfrümü iymanə dəgşirdim.
Niqabi-surəti-hal eylədim xuni-ciyər seylin,
Əyan rüsvalığı dərdü qəmi-pünhanə dəgşirdim.
Könüldən zövq bulmazdım, çıxardım çaki-köysümdən,
Qaşı yaylar xədəngilə gələn peykanə dəgşirdim.
Füzuli, məndən zövqi-afiyət az istə kim çoxdan
Mən onu arizuyi-tələti-cananə dəgşirdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-muxalif-dovrden-gulgyn-serabi-qane-degsirdim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İbrət üçünSüddən yanıq uşaq idi, –Hər nə gördü tamah saldı –
OlaHər yetənə yar deyib, yar arama,Yar axtar ki, ömür boyu yar ola.