Dövlət şurası
İndiyə qədər Dövlət şurası sarıdan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb səs çıxarmağa utanırdı.
Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu gunə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb dumaya “afərin” deməli idi, ya razı olmayıb etiraz etməli idi.
Dövlət şurasındakı adamlar bürokrat və zəngin adamlardan ibarətdir. Şübhə yoxdur ki, bürokratiya və burjuaziyanın ziddinə çalışan Dövlət dumasının qərardadları Dövlət şurası əzalarına xoş gələ bilməzdi. Bununla belə dumada elə bir “bitərəf” məsələlər keçir ki, Dövlət şurasının ona heç bir sözü ola bilməz.
Əlbəttə, şuranın hərəkətə gəlib, deyib danışmağı duma üçün bir o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli olsa da ancaq, o səbəbdən ola bilər ki, həmin şura danışıb öz təşəbbüsatını bəyan etdıkdə, duma onun özü üçün bir mərtəbə böyük bir maneə təşkil etdiyini anlayıb, rəfinə ciddi tədbirlər arayar...
Bu günlərdə Dövlət şurası hərəkətə gəlib, danışmağa başlayıbdır. Dumada çoxdan bəri müzakirə olunmuş məsələlərdən edam cəzası (ölüm tənbehi) xüsusunda Dövlət şurasının müzakirəsi olubdur. Rus qəzetələrinin müxbirləri bu məclisin iniqadlarını yazırlar: bunlardan məlum olur ki, bu məclisin və dumanın hərəkətində böyük fərq vardır.
Dumada olan şənlik şurada tapılmaz, burada, guya, hamı əzaları kəsalət basıbdır. O hirs, o zövq ki, duma əzaları izhar edirlər, şura əzalarında bilmərrə yoxdur. Əvvəlki iniqadlarda əzalar hətta yığılmaq da istəmirmişlər. Dumada olan kimi, şurada da əzalar üç tərəfə bölünübdürlər.
Məlum olduğu üzrə, Dövlət dumasında edam cəzası xüsusunda qanun layihəsi tərtib olunub, bütün duma bir səslə qərar qoydular ki, daha bundan sonra Rusiyada edam cəzası fəsx olunsun. Dövlət şurasının sol tərəfi bu xüsusda duma tərəfindən tərtib edilmiş layihəni bəyənib, başdan-ayağa qəbulunu tövsiyə edibdirsə də sağ tərəf buna razı olmayıbdır. Və edam cəzası baqi olsun – deyə təkid edibdir. Bəziləri isə edam cəzasının ancaq bir-iki istisna olunan ittifaqlarda icrasını və sair ittifaqlarda da fəsxini lazım bilibdir. Hər halda, bu məsələnin həllini öz aralarında təşkil ediləcək bir komisyona həvalə edib, layihəni mübahisəsiz qəbul etməyibdirlər. Görək komisyon nə qərar qoyacaq. Və şuranın özü də sair məsələlərdə duma ilə nə yolda ittifaq edəcəkdir. Dövlət şurasında bir nəfər də müsəlman üzvü yoxdur.
Şuranın əhəmiyyəti artarsa, bizə lazımdır ki, orada bir müsəlman üzvünün də olunmasını iltimas edək.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-dovlet-surasi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.*M u s i q i
Dördüncü məclisM ə ş ə d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ə s g ə r "Padşah" olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ə s ə n q u l u b ə y, R z a b ə y, Ə s g ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir.*Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy durub oynasın!
Rüstəm və Söhrab(Firdovsidən)*Dörd məclisli opera sayağında yazılmış bir dramdır*
Əvvəlinci məclisVaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur.*Bir nəfər**
Poems by other poets · Satire
Studentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Neyliyim, ey vay! bu urus başdılarNeyliyim, ey vay! bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!
Qız və nənə“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir:
Savadsız xanəndələrəXanəndəsən, oğlan, avazın yaxşı avazdır,Hərçənd ki, elmin, biliyin bir qədər azdır.