Dövlət şurası və Rusiya müsəlmanları
Biz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur.
Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi-vücud etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudiədəm – nə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu.
Əlan Dövlət şurasının üzvləri iki qismə bölünürlər. Onlardan bir qismi padşah tərəfindən təyin olunub, digər qismi isə müxtəlif müəssisələr tərəfindən intixab olunan adamlardandır.
Dövlət şurasının əhəmiyyətinin artırılması və Dövlət duması ilə həmhüquq və həmixtiyar olması əhalini məsrur edəcək hallardan deyil, çünki bu məclisin mövcud olması əsasən, Dövlət dumasının hökumət nəzərincə əfradi-külli görünən əmalını bir dərəcəyə qədər “ətidal” surətinə salmaq nöqteyi-nəzərindən irəli gəlir.
Dövlət duması tərəfindən tətbiqi təklif olunan qanun layihələrini rədd etməyə Dövlət şurası muxtardır. Dövlət şurasının üzvləri dəxi bürokratiya və burjuaziya siniflərinin ən zübdələrindən olduqlarına görə, məlumdur ki, duma ilə hələm-hələm müvafiq edə bilməyəcəkdir, yəni ümumi imperiya əhalisi üçün Dövlət duması tərəfindən lüzumlu görünən qanunları tətbiq etdirmək üçün duma Dövlət şurası ilə çəkişməyə məcbur olacaqdır.
O ki qaldı Rusiyada olan sair tayfalara – onlar üçün bilxüsus lazım olan qanun və nizamnamələr dəxi Dövlət şurasının təsdiqinə ehtimal bir çox çətinlik ilə layiqi-təsvir olacaqdır. Çünki ümumimperiya əhalisinin mənafeyini xələldar etməyə müvəzzif olan bir məclis, ayrı-ayrı tayfaların mənafeyini iqmaz etməkdən heç çəkinməz. Biz Rusiya müsəlmanlarına qalırsa, Dövlət şurasının “mərhəmətindən” elə günü bu gündən qəti ümid olsaq, heç bir xəta etmərik, çünki biz müsəlmanlar tərəfindən Dövlət şurasında vəkil yoxdur. Biz o məclisi-alidə iştirakdan məhrumuq. Binaən əleyh, Dövlət dumasında Rusiya müsəlmanlarından ötrü nəfli görünən qanun və nizam layihələrini o cürə bir məclis təsdiq etməlidir ki, onun üzvlərinin bir qismi, məsələn, dvoryanlar, tacirlər nümayəndələri müsəlman və sair tayfalar mənafeyinə, mütləq, əhəmiyyət nəzərilə baxmayanlardandır. Digər qismi isə, yəni əyan və xristian ruhanilərin başçıları həmişə müsəlman ziddinə təzyiq və məhvinə çalışanlardandır.
Bunu nəzəri-etibarə aldıqda, Dövlət Şurasından heç bir yaxşılıq gözləməməyimiz hər bir kəscə təbii görünməlidir...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-dovlet-surasi-ve-rusiya-muselmanlari
Use ← → keys to move, R for a random poem
More by this author
“Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”.
Ordan-burdan 78Duma yaxınlaşırBir “inteligentin” xəyalı
Ordan-burdan 79Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Ordan-burdan 80– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
Poems by other poets · Satire
Misyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Özünü gözləAktyor düzgün keçinsə, iddialar fok gedər,Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!