Tazə xəbərlər

Bakıda – işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat.

Müsəlman oğruları müsəlman kişilərindən əl çəkib, indi də müsəlman arvadlarını soymağı, bir iki gündən bəridir ki, qaydaya qoyubdurlar.

Ayın iyirmisinə iyirmi gün qaldığına görə hələ məlum deyildir ki, görək şəhərin upravasının kassasında pul var, yoxsa yoxdur.

Partapart əsnasında yaylım güllələrin hamısı, həmişəki kimi, yenə İran əhlinə dəyir.

Bakı polisi oğruları və qatilləri tutmaq üçün, elə bir ucdan tədbirlər ittixaz eləyir.

Deyirlər ki, məhərrəm ayı qurtarandan sonra şəhərin müsəlmanları yenə qayda üzrə gündüzlər qoç döyüşdürüb və it boğuşdurub, gecələr də fişəng atmağa başlayacaqdırlar.


Gəncə quberniyasının oğruları söz bir olubdurlar ki, bundan sonra ittihad və ittifaq ilə iş görüb, bütün Gəncə quberniyasını bir gündə soyub qurtarsınlar.

Pristavlar çox ədalətlə iş görməyə başlayıbdırlar: Əvvəla, kənd kişilərini döydürməyə aparanda arvadlarını apartdırırlar ki, kişiləri qəriblik çəkməsin və bir də cəmi strajniklərə bərk tapşırıbdırlar ki, ta bir də oğrulara qoşulmayıb, özlərini yaxşı aparsınlar.

Hökumət allahdan istəyir ki, Qarabağda-filanda yenə bir adam öldürsünlər ki, “ekzekusiya” qoymağa bəhanə olsun, çünki, heç bilirsinizmi ki, bu cürə “ekzekusiya”ların xəzinəyə nə qədər nəfi var?!


Rusiyada bir deyirlər ki, Dövlət dumasını bağlayacaqdırlar, bir də deyirlər ki, yox, bağlamayacaqdırlar. Adam bilmir ki, hansına inansın. “Əsil urus adamları” deyirlər ki, əgər bu səfər də Dövlət duması hökumətin sözünə qulaq asmasa, yəqin bilin ki, cəmi təqsir yəhudi tayfasındadır.

Əcnəbi qəzetələri yazırlar ki, payız fəsli Rusiyada bir o qədər qarpız yox idi, nə qədər ki indi bomba vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qarabağın keçmiş günlərindən

Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu:– Uduzdunmu?

20 min
Yevlax–Şuşa yolu

Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır!Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.

3 min
Söhbət

İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:

3 min
Müəllimə

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.

2 min

Poems by other poets · Satire