Ordan-burdan 88
Dövlət dumasına dair
Bir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.
Ondan sonra hər kəsin hünəri var, çıxıb desin ki, Rusiyanı aclıq basıbdır, ya Qazan quberniyasında müsəlmanlar aclıq ucundan qızlarını satırlar. Gərək deyəsən ki, xeyr, Rusiyada çox bolluqdur və Qazan quberniyasının müsəlmanları da çox keyfi kök dolanırlar və qızlarını da satmayıbdırlar, əgər satıbdırlarsa da satmayıbdırlar, ərə veribdirlər, deməli, Rusiyada toydur.
Əslinə baxsan, bu zaman Rusiyada həmi toydur, həmi vay. Məsələn, görürsən ki, bir dəstə “bədəfkarlar”, hökumət xəzinəsinin üstünə tökülüb, birdən-birə neçə min manat pul aparırlar. Hökumət xəzinəsi qalır ağlaya-ağlaya. Demək, bu surətdə bədəfkarlardan ötrü toy olur, hökumət üçün vay, ondan sonra eşidirsən ki, hökumət bir dəstə “bədəfkarı” tutub, cümləsini asdırıbdır. Deməli, bu surətdə də hökumətdən ötrü toy olur, “bədəfkarlar” üçün vay və habelə, getdikcə gedir və hələ heç bir kəs bilməyir ki, bunun axırı hara çatacaqdır.
Rusiyanın bu halını görəndə, həmişə mənim yadıma bir əhvalat düşür. Sizin, özünüzə də, cənab oxucular, məlumdur, görürsən məsələn, bir adam özgə bir adamın yanına hesab çəkməyə gedir. Əvvəl, bunlar bir-birini görəndə çox mülayimətlə keçinirlər; ev sahibi onun altına stul çəkir, o da deyir ki, əşi, zəhmət çəkmə; və yenə ev sahibi ona papiros təklif edir, o da deyir ki, razıyam və yenə ev sahibi ona çay gətirir, o da deyir, məni çox xəcalət elədin, sonra ev sahibi soruşur ki, kefin necədir? O da cavab verir ki, canına duvaçı varam. Qərəz, bir qədər bu cür canfəşanlıqdan sonra hesab söhbətini araya salırlar. Burada görürsən ki, hər iki hərifin sifəti “seryoznı” oldu. Canfəşanlıqdan, filandan daha nişanə qalmayır, bir qədərdən sonra görürsən ki, həriflər bir-birinin üstünə çığırırlar və lap axırda, kəmali qayda ilə dalaşırlar.
İndi hökumət ilə duma əhli dəxi əvvəlcə bir-birini görəndə canfəşanlıq elədirlər. İndi, hər iki tərəf “seryoznı” oturubdur. Ancaq qalıb bir bunların dalaşmağı ki, o da bu günün, sabahın işidir...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-88
Use ← → keys to move, R for a random poem
More by this author
Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.
Ordan-burdan 109Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər.
Ordan-burdan 110Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
Ordan-burdan 111Qarabağda yer məsələsi– Kərbəlayı Kərim, sən dur yuxarıdan otur!
Poems by other poets · Satire
Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!Nə olur ta bu müsəlmanlığa da bir gələsən,
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,