Müəllimə
Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.
Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.
Heç süpürülməmiş və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin üzündə toz-torpaq, yeyinti qırığı... uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini incidirdi.
Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə öyrənmiş qulağına çox fəna təsir edirdi.
– Mən buna dözə bilmərəm, – deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin... qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi.
Dərsə başladı... Uşaqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizam ilə saxlamaq mümkün deyildi. Bu hər nə deyirdisə, uşaqlar öz bildiklərini edirdilər.
Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb, dinməz-söyləməz oturub, kəmali-ədəb ilə dərsə qulaq asırdı. Əyninə baxdıqda bu bir kasıb balası idi, amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq hərəkət baş vermirdi.
Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə yazırdı.
– Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, – deyib müəllimə hətta bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı oturdurlar.
– Bu saat papaqlarınızı çıxarın! – deyib müəllimə uşaqların üstünə qışqırdı. Onun əmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilərinə baxıb başlarını açdılar.
Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdər papaqlı oturmuşdu. Müəllimə təəccüb ilə ona baxıb, “Sən də papağını çıxart!” – dedi. Lakin o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib bütün diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klasda dərin bir sükut əmələ gəldi. Müəllimə dost tutduğu şagirdin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar bir hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi.
Bəs nə idi?
Əlisəfdərin başı keçəl idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-muellime
Use ← → keys to move, R for a random poem
More by this author
M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.
Bir firəng ilə söhbətimGünlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?
Üçüncü dəlləkBizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.
Məşədi Kabilin Təbriz səfəriMəşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.
Poems by other poets · Satire
Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Bir gül ("Vaiz ki, çıxar minbərə, hey püflər odu")Vaiz ki, çıxar minbərə, hey1 püflər odu,Təkfirə qoyar kimin ki, eşq isə modu;
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?