Page 3 of 3 · 67%

M ə ş ə d i İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı!
M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır?
M ə ş ə d i İ b a d. Havanın təsirindəndir. (Ona). Qərdəş oğlu, haqq-hesabımız neçə elədi?
M ə ş ə d i Q ə z ə n f ə r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver, istərsən mən də atam kimi səndən heç zad almayım….
M ə ş ə d i İ b a d. Xeyr, çox sağ ol!(Kənara). O, mənə baha oturar. (Pul çıxardır verir). Bəsindirmi?
M ə ş ə d i Q ə z ə n f ə r. Bəsdir, allah bərəkət versin!
M ə ş ə d i İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə verərsiniz.
C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin!
H a m b a l. Məşədi, abbasını vermədin, ha!…
M ə ş ə d i İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın; hamam pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz də bir şey çalın, camaat yığılsın hamama, çıxaq gedək.

Z u r n a ç ı l a r çalırlar, bir qədər keçmiş çıxıb gedənlər h a m ı s ı geri qayıdırlar.

M ə ş ə d i İ b a d, (durur). Ya allah!…
H a m b a l kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər.
H a m a m ç ı, d ə l l ə k M ə h ə r r ə m, K ə r b ə l a y ı N ə s i r və
c a m a d a r l a r yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar.
M ə ş ə d i Q ə z ə n f ə r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə danışaq: harda yuyunub təmiz olarsan?
H a m ı. Hamamda!
U s t a M ə h ə r r ə m. Harda suya batıb çıxa bilərsən?
H a m ı. Hamamın xəznəsində.
K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir?
H a m ı. Əşi, heç kəs!
M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin!

M u s i q i

H a m ı.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var.
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!…

M u s i q i

(U s t a M ə h ə r r ə m l ə M ə ş ə d i Q ə z ə n f ə r kürkünü salıb oynayırlar, camadarlar da çırtıq vururlar.)

P ə r d ə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 114

Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:

6 min
İanə təqsimi

Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?

3 min
Ordan-burdan 115

Kazan qəzetələri bu məzmunda şey yazırlar:“Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”.

2 min
Ordan-burdan 116

Stolıpin xəyalı“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.

1 min

Poems by other poets