Ordan-burdan 103
Müəllimlər ictimainə dair
Təvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.
Ay molla inteligent, bilirsən nə var!? Bilmirsən? Ba! Yazıq sənin halına, ədə, müəllimlər istəyirlər ki, yenə bir yerə yığılıb “syezd” qursunlar. Orada millət dərdini danışsınlar, camaatın diqqətini cəlb eləsinlər, sənin şöhrətinə toxunsunlar, özləri şöhrət qazansınlar, hər yerdə tərif alsınlar, səni yaddan çıxartsınlar, sənin kimi xalqı aldadıb yalançı pəhləvan olmasınlar, məclis qurub iş görsünlər, sənin kimi tullanıb düşməsinlər. Ədə, nə durmusan? Tez ol donos ver, yoxsa ki, işin xarabdır! Tez ol, hökumətə xəbər elə, yoxsa ki, pəşiman olarsan! Gəncəyə getsələr qoyma! Tiflisə getsələr qoyma! Bakıya gəlsələr qoyma! Şəkiyə qaçsalar qoyma! Heç yerə qoyma, qoyma, qoyma... Əyyam xarab olubdur, qoyma, aləm aləmi digər olubdur, qoyma. Bax, mən dedim, bundan sonra özün bil.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-103
Use ← → keys to move, R for a random poem
More by this author
Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.
Bazar söhbəti– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.
Hara qaçacaqlar?Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”
Başa düşmədiKeçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır.Dedim:
Poems by other poets · Satire
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
AY HARAY!AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,