F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!
Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.
F ü z u l i: – Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.
Ş a h: – Zülmü tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.

H a f i z: – Del mirəvəd zedəstəm, sahebdelan xodara!

Tiflis moqufat müdiri: – Dərda ke, raze penhan (ki, moqufat pulunun başına daş salmışam) xahəd şöd aşkaram.

Müxtəlif xəbərlər

Qəzetə müxbirlərindən birisi Eynüddövlədən soruşubdur ki, bəs nə üçün bir bu qədər zamandır ki, Təbrizə hücum etmirsən. Eynüddövlə cavab veribdir ki, marıtdıyıb-marıtdıyıb birdən soxulacağam.


Bu saat Almaniyada sülh konfransı vaqe olmaqdadır.

Yəni oraya yığılan adamlar istəyirlər ki, bir iş qayırsınlar ki, daha bir də dava olmasın! Görək... ancaq qorxuram ki, bu sülh konfransının axırı Bakının “Hidayət” məclisi kimi ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire