Urusca heç zad bilməyən və müsəlmancadan tək bir “Gülüstan”ın mətnini oxuyub, mənasını anlamayan rəfiqlərimdən bir neçəsi məni görüb həmişə şikayət edirlər və deyirlər ki, biz çox istəyirik ki, görək Dövlət dumasında nə olur, nə tövr danışıqlar olur?

Amma heyf ki, savadımız olmadığına görə oxuduğumuzu anlamırıq, aya, olmazmı ki, sən öz “ORDAN-BURDAN”ında bir tövr eyləyəsən ki, Dövlət dumasından bari bizə bir nümunə göstərəsən.

Deyirəm: Olar. Nə tövr olar? Bu tövr olar!

Dövlət duması, sədri-məclis, sağ, sol, vəzir.

S ə d r i - m ə c l i s. Hə, məclis açıqdır, indi, hər kəs nə danışacaq danışsın, ancaq təvəqqe eyləyirəm ki, “at getdi, örkən apardı” olmasın.

S o l. Hanı o dünən burada mənəm-mənəm deyib, döşünə döyən vəzir, buyursun, çıxsın meydana, ona bir-iki sözüm var.

V ə z i r. Mən buradayam; buyur sözünü de!

S o l. Bircə mənə deyin görüm, bu xalqı tutub bit-birə kimi qırmaqda sizin məqsədiniz nədir?

V ə z i r. Aranı sakit eləmək istəyirik.

S o l. Aranı sakit eləmək istəyən oğlan camaatı tutub top ağzına qoymaz.

S a ğ. Bəs nə qayırar?

S ə d r i - m ə c l i s (sağa). Bircə sən dinmə!

S o l. Nə qayırar? Bunu qayırar ki, bu gün məsələn, camaatı çağırıb soruşar ki, ay adam, ay camaat, sən nə üçün fərağat oturmayırsan. Onda camaat deyəcəkdir ki...

S a ğ. “Ərdəbil bir şəhərdir, hər kəs də öz vəkili!”

S ə d r i - m ə c l i s (sağa). Təvəqqə eləyirəm ki, dilxorçuluq eləməyəsiniz.

S o l. Xeyr, o sözləri camaat deməyəcəkdir. Camaat bu sözləri deyəcəkdir ki, bəs nə tövr fərağat oturum ki, sən məni fərağat qoymayırsan.

V ə z i r. Nə qayırıram?

S a ğ. Kim onlara nə qayırır?

S ə d r i - m ə c l i s. Əşi, biriniz danışanda, biriniz qulaq asın da!

S o l (bərk gülür). Ha-ha-ha-ha... Vəzir deyir ki, nə qayırıram?.. Əşi, necə nə qayırırsan ki, xalqın tutub yerini əlindən alıbsan – bu bir; üstlərinə xərc qoyubsan bu iki; ağzın açıb, söz deməyə qoymayırsan – bu üç; başlarına min cürə “Tənbəki oyunu” açırsan – bu dörd; xalqın pulunu keyfin gəldiyi yerə xərcləyirsən – bu beş; keşişləri yemləyib salıbsan camaatın canına – bu altı; söyürsən – bu yeddi; döyürsən – bu səkkiz; öldürürsən – bu doqquz...

S a ğ. Neçəyədək sayacaqsan?

S ə d r i - m ə c l i s. Lənət sənə şeytan, dayna, balam, sənə nə?

V ə z i r. Dinməyin görək ta nə deyir!

S o l. Hələ bircə sən mənim bu sözlərimə cavab ver, sonra daldan “ucu güləbətinli” sözlə deyəcəyəm!

V ə z i r. Heç sən anlayırsan ki, nə deyirsən?

S o l. Mən anladığımı on il bundan irəli anlamışam, sözün var, söz danış!

S a ğ (sola). Bilirsən adama nə qayırarlar?

S ə d r i - m ə c l i s. Təvəqqe eləyirəm bir-birinizin üstünə igidləşmiyəsiniz!

S o l (sağa). Sən nə quyruğunu bulayırsan?

S ə d r i - m ə c l i s. Əşi, elə sözlər lazım deyil.

S a ğ (sola). Bax, mənim dəli cinim var ha!..

V ə z i r (sola). Sən heç bir zad oxuyubsan?

S o l. Yaxşı, bunun mətləbə nə dəxli var?

V ə z i r. Mən imanım, sən heç hələ bilməyirsən ki, “hir” nədir, “pir” nədir?

S o l. Təvəqqe eləyirəm ki, o barədə lap arxayın olasınız və zəhmət çəkib, mənim sözlərimə cavab verəsiniz!

S a ğ. Yaxşı! Bircə de görüm sənin dediyin nədir?

S o l. Sən kimsən?

S a ğ. Mən kim olduğumu sənə bildirərəm!

S o l. Əlindən gələni beş boşqaba çək!

V ə z i r (sola). Mən də ona sonra layiqli cavab verərəm.

S o l. Bütün bu camaatın içinə bu şuluqluğu salan siz sağlar ilə siz vəzirlərsiniz!

S a ğ. Yalançının?

S o l. Olsun!

V ə z i r. Atasına!

S o l. Olsun!

S a ğ. Babasına!

S o l. Olsun!

V ə z i r. Min lənət!

S a ğ. İki min lənət!

S o l. Ey olsun, ey olsun!

S ə d r i - m ə c l i s. Balam, indiki belə oldu, məclis tamamdır. Durun, gedin işinizə, siz ilə danışan gərək əvvəlcə “bat-bat” kökü yesin.

Buyurun, bu da Dövlət dumasının məclisi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 min
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 min
Üçüncü pərdə

Bir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf dağlıqdır. Səhnədə K ə r ə m ilə S o f i dayanıbdır. Musiqi çalır.K ə r ə m (üzünü yollara tutub deyir)--

19126 min
Dördüncü pərdə

BİRİNCİ ŞƏKİLH ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.

191211 min

Poems by other poets · Satire