Qafqazda müsəlman kəndlisinin halı
1
S i ç a n. Atakişi əmi, taxılın cücərmədi?
Ç i g i r t g ə. Atakişi əmi, taxılın gögərmədi?
D o l u. Atakişi əmi, taxılın sünbüllənmədi?
Ö r m i ç ə k H a c ı M u r a d x a n. Atakişi əmi, taxılını döyməyirsən?
B ə y. Atakişi əmi, taxılın çuvala yığılmadı?
S t r a j n i k. Atakişi əmi, xurcunlarım hazırdır, taxıl necə oldu?
A t a k i ş i ə m i n i n u ş a q l a r ı. Dədə, bəs təzə taxıldan ha vaxt çörək bişirəcəyik?
A t a k i ş i ə m i n i n q a r n ı. Qurr!.. A kişi, acından öldüm!
A t a k i ş i ə m i (acıqlı). Qarnım! Barı sən, sənsə dinmə, yoxsa, quran mənə qənim olsun ki, soxaram xəncəri, tökərəm bağırsaqlarını çölə indi ya!!
Y a z ı q A t a k i ş i ə m i. Bir məsəl var, deyərlər ki, “On iki qurda bir boz eşşək nə eləsin?”.
Kənd məktəbində
2
M ü ə l l i m (şagirdə). Atan var?
Ş a g i r d. Var.
M ü ə l l i m. Anan var?
Ş a g i r d. Var!
M ü ə l l i m. Neçə qardaşsınız?
Ş a g i r d. Üç!
M ü ə l l i m. Neçə bacın var?
Ş a g i r d. Beş.
M ü ə l l i m. İndi hesab elə gör sizin külfətdə neçə adam var? Ş a g i r d (bir qədər fikirdən sonra). Mirzə, on bir adam var. M ü ə l l i m. Neçin on bir olsun? Bu ki, on eylər?
Ş a g i r d (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-qafqazda-muselman-kendlisinin-hali
Use ← → keys to move, R for a random poem
More by this author
İndiyə qədər Dövlət şurası sarıdan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb səs çıxarmağa utanırdı.Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu gunə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb dumaya “afərin” deməli idi, ya razı olmayıb etiraz etməli idi.
Ordan-burdan 75Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.B i r i: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır...
Yenə erməni-müsəlmanSülh komisyonu xüsusunda“İrşad”ın keçən nömrələrində “Halımıza dair” və “Bir tədbir lazımdır, ya yox” sərlövhəli məqalələrdə biz, canişini-Qafqaz hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun (üzvlərinin bir yandan tərəfgirlik və bir yandan hümmətsizliklərindən naşı) sülhçiliyə layiq olmadığını yazmışdıq və bu komisyonun islahı üçün öz tərəfimizdən bir para təsəvvürat izhar edib də sairələrinin də bu mühüm məsələyə iştirakını iltimas etmişdik; görünür ki, həmin bu məsələ xüsusunda məzkur erməni-müsəlman komisyonunun üzvü cənab Məhəmmədağa Şahtaxtinski imiş, lakin məəttəəssüf cənab Şahtaxtinskinin yazdığını (məqaləsi çap olunmuş qəzetə bağlandığına görə) biz görə bilməmişik.
Ordan-burdan 76Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...
Poems by other poets · Satire
Ə.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,
OyanıbYaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,