Üçüncü pərdə
Page 2 of 2 · 50%
M u s i q i. İ ş ı q görünür.
M ə h b u s l a r (qorxu ilə)--
Odur, gəlir!
M u s i q i. D a h a işıq.
Odur, gəlir, odur, gəlir, odur, gəlir!
M u s i q i. Qorxularından b i r-b i r i n ə qısılırlar.
M ə s t a v ə r (daxil olur, əlində siyirmə xəncər və bilo)--A!… Xoş gördük, xoş gördük, qoyunlar, quzularım. Mən gəldim ki, ikinizi tutub kəsim xörək bişirim. (Musiqi). Xörək bişirim, yüyürün mənə sarı. (Onlar yüyürürlər). Çəkilin dalı-dalı. (Onlar çəkilirlər). Yüyürün mənə sarı, çəkilin dalı-dalı. Öyrənibsiniz qoçaqlarım, hay, hay.
M u s i q i. Xəncərini itiləyir. Bunlar əllərilə üzlərini örtüb ağlayırlar. Ş a h A b b a s mat və mütəhəyyir tamaşa edir.
M ə s t a v ə r--A!… Mən çobanam, mən çoban, mən çoban, siz qoyun! Mən çoban, siz qoyun; gəlin bəri qoyunlarım. Bir-bir düzülün; ən əvvəl sən, sən, sən. Sonra da sən-sən-sən, ondan da sən-sən-sən! Sonra da sən-sən-sən-sən! Axırda ağa dərviş! Tez olun! Gün keçdi, tez olun, gün keçdi, tez olun, çox gecdir bu gün, tez olun, çox gecdir bu gün!
M ə h b u s l a r (yalvarırlar)--
Rəhm et, rəhm et, bizi öldürmə. (3 dəfə)
M ə s t a v ə r--A!… Düzülün bir-bir, tez olun bir-bir, düzülün bir-bir, tez! Tez-tez-tez-tez! Mən gəldim ki, ikinizi tutub kəsəm, xörək bişirəm. (Musiqi). Yüyürün mənə sarı (onlar yüyürürlər). Çəkilin dalı-dalı (onlar çəkilirlər). Öyrənibsiniz, öyrənibsiniz, qocaqlar?m, hay-hay!… (Xəncərini itiləyir).
Ş a h (öz başına; bayatı-şiraz)--Taxtın tarac ola, ey şah, bu zülmə bir çarən yox, gözün önündə olan zülmə şahidsən və zülm qurbanısan.
M ə s t a v ə r--Tez düzülün!
Ş a h--Mən ölümdən qorxmuram, qorxum mənim bu zülmdür. İntiqam almaq bu zülmdən gərək, zülmü tamam rəf eyləmək!
M ə s t a v ə r--Tez düzülün!
Ş a h--Nə edim, nə çarə qılım, nədir dərmanı bu dərdin? Xəyal pəjmürdə, ağl tutqun, başımda huş pərişandır.
M ə s t a v ə r--Tez düzülün!
Ş a h--Bari-ilahi, zehnimə bir fikir sal, eylə mədəd!
Qoymayın bu zalimi töksün əbəs qanı yerə!
M ə s t a v ə r--Tez düzül!
M u s i q i. M ə s t a v ə r soxulub adamların içindən birini tutub yerə yıxır və qılıncını hazır edir başını kəsə.
Ş a h (qışqırır)--Tapdım, tapdım, keçəçilik…. Ey şəxs, (rast üstə) bir ləhzə dayan, sənə bir kəlmə sözüm vardır.
M u s i q i. M ə s t a v ə r qurbanını əlindən buraxıb.
M ə s t a v ə r--Söylə!
Ş a h--Bu şəxsi qırıb, əbəs qan tökməkdə sənin muradın dövlət qazanmaq deyilmi?
(M u s i q i)
M ə s t a v ə r--Əlbəttə, puldur!
Ş a h--Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram.
M ə s t a v ə r--Nə sayaq?
Ş a h--Mən dərviş çox gözəl keçə qayıra bilirəm. Mənim keçələrimin qiyməti çox bahadır, sən bir iş eylə!
M ə s t a v ə r--Nə iş?
Ş a h--Sən bazardan mənə yun al və keçəçi aləti al. Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər.
M ə s t a v ə r--Sonra?
Ş a h--Sonra sən o keçəni apar Şah Abbasın imarətinə və ver şahın vəzirinə, o sənə keçə əvəzində o qədər pul verər ki, bizim hamımızın bahası əvəzinə olar.
M ə s t a v ə r--Mən razıyam, əgər vəzir pul verməsə?
Ş a h--O halda bizim qanımız sənə halaldır.
M ə s t a v ə r fikrə gedir.
Ş a h (öz-özünə)--İndi bütün ümidim vəzirin fərasətinədir. Yəqin keçəni görüb, mənim xətadə olduğumu anlar.
M ə s t a v ə r--Razıyam bu işə, amma gər….
M u s i q i: təsnif
Əgər görsəm yalan vardır sənin sözündə, dərviş,
Sən bil kim, əzab ilə kəsib çak eylərəm.
(M u s i q i)
Mənəm Məstavər, ey dərviş, bunu əvvəlcə bil,
Məni aldatmaq olmaz, bil, səni xak eylərəm.
(M u s i q i)
Bütün Şiraz yığılsa gər bunu bilməz ki, mən
Kəsib insanları ondan da xörək eylərəm.
A!… (Kadensiya; tez gedir).
M ə h b u s l a r (təsnif)--
Ağa dərviş, allah səndən razı olsun,
Bu dünyada dərdin, qəmin az olsun!
Həmə vəqti hər bir karın saz olsun!
Ş a h--Xuda kərimdir, xuda!…
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-sah-abbas-ve-xursid-banu-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.
Ordan-burdan 16QanlılıqDanabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.
Ordan-burdan 17Eynüddövlə, yəni dövlətin gözü“Dövlətin gözü” Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi.
Rusiyaya dairDövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur.Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir.
Poems by other poets
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Mən də ağlamıramMən ki, hala bir gəncəm, ümidim var, şanım var,Damarlarımda coşan, axan qızıl qanım var.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi