Üçünücü pərdə
Page 3 of 3 · 67%
Cahangirağa. Bəs onda da molla dolaşar.
Namaz. Molla dolaşanda qiyamət ki, qopmaz. Cəhənnəmə dolaşsın. Gedib qazamatda bir az müftə çörək yeyib, yenə çıxacaq. Çöldə camaat toplaşır.
Cahangirağa (Namaza). Bir bax gör çöldəki nə səsdir?
Namaz (qapını açıb baxıb qayıdır). Ehsan xan buyurubdur.
Cahangirağa. Di çıx uşaqlara de, xanın atını tutsunlar. (Namaz çıxır. Ehsan xan neçə nəfərlə daxil olur. Cahangir ağa onun istiqbalına yeriyir.) Xan, bu evə çox xoş gəlibsiniz. Bu ev-eşiyin hamısı sizə peşkəşdir.
Ehsanxan (üzündən öpür). Sən bilirsən ki, mən səni öz oğlum kimi istəyirəm. Budur, neçə vaxtdır səni görmək arzusundayam. Nə eləyim, işin çoxluğundan bir yana tərpənə bilmirəm. Qocalıq da bir yandan qol-qıçımı boşaldıb. Sizin kimi cavanlar gərək biz qocaları yada salalar. Mən gərək sənin qulağını çəkəm, xərəngə. (Gülür.)
Cahangirağa. Məni öldürməyə də ixtiyarınız var, buyurun içəri.
Həsən çöl qapıdan daxil olub, gəlib Ehsan xanın yanından etinasız eçir.
Ehsanxan (Həsəni dayandırır). Ay gədə, bir dayan! (Həsən dayanır.) Sən quduz Pirverdinin oğlu Həsən deyilsən?
Həsən. Necə?
Ehsanxan. Məgər bu adamları gözün görmür?
Həsən. Kor ki, deyiləm, niyə görmürəm?
Ehsanxan. Vaxt ki görürsən, niyə salam vermirsən? Başın ki, qopub yerindən düşməyəcək.
Həsən. Elə ki mənim qızım Cahangir ağadan boşandı, yerinə sənin qızın gəldi, o vaxt baş üstə, salam verərəm.
Ehsanxan. Axmaq oğlunun danışığına bax! (İstehza ilə) Pah, bağışla, bilmədim, Həsən ağa. Sən axır Cahangir ağanın qayınatasısan. Biz gərək sənə salam verək. (Cahangir ağaya) Ay Cahangir, məgər beş-on girvənkə arpa tapa bilmirsən, bunun qabağına tökəsən, məşğul olub tövlədən eşiyə çıxmaya? (Gedir sol qapıya tərəf.)
Cahangirağa (onu içəri salıb qayıdır, Həsənə). Heyvan oğlu heyvan! Gərək hər yerdə mənim başımı aşağı eləyəsən? İtil mənim gözümün qabağından!
Həsən. Necə? Məni qovursan?
Cahangirağa. Qovuram, bir də üstündən!
Namaz (H ə s ə nə). Çox danışma, çıx çölə, naqqal oğlu naqqal! (Boynundan tutub salır eşiyə, çöldə camaat küyləşir.)
Birincikəndli. Ay camaat, gözünüz aydın olsun, ağa Həsəni iti məsciddən qovan kimi qovdu.
Camaat Həsəni əhatə edir.
İkincikəndli. Kefin necədir, ay ağanın qayınatası?
Üçüncükəndli. Bildirçinin bəyliyi darı sovuluncadır. Bundan da sonra get Kəbədə yağ iç.
Həzrətqulu. Həsən əmi, bircə o iyirmi manatı çək eşiyə.
Həsən. Necə iyirmi manatı, ay oğul?!
Həzrətqulu. İmdi oğul oldum. Yarımca saat bundan qabaq aldığını. Çox dayanma, çək eşiyə, yoxsa çuxanı çıxardaram.
Səslər. Kişinin pulunu ver, kişinin pulunu ver!
Həsən (pulu verir). Al, atam, əl çək məndən.
Həzrətqulu (camaata). Qardaşlar, bu pul məndən çıxmışdı. İmdi əlimə müftə keçib. Bir qoyun alıb, hamınızı kababa qonaq eləyəcəyəm.
Camaat. Ura!..
Na maz (orta qapıdan Tubunu çıxardır). Gəl, sən də əriyin dalınca buyur. (Çölə salır.)
Birincikəndli. Budur, Tubu xanım da gəldi. Ura!..
İkincikəndli. Ağamın qayınanası gəldi. Ura...ura!..
Ha m ı. Ura... Ura... ura!
Uzaqdan alov görünür.
Birincikəndli. Ay uşaqlar, o görünən alov nədir?
İkincikəndli. Deyəsən cüvəllağılar H ə s ə nin evinin yandırırlar.
Birincikəndli. Yaxşı oldu, haqqında oldu. Yellə gələn sellə gedər.
Tu b u (alovu görüb). Oy!.. Oy!.. Evinə od düşsun, a mənim evimi yandİran! Ay üstünüzə od tökülsün, evimi niyə yandırırsınız? A sizing ananız mələsin, evimi niyə yandırırsınız? (Həsənin boynuna bir yumruq vurur.) A başı daşlı, əməzək, bivec! Allah döysün səni! Evin yanır, ölü kimi niyə dayanıb baxırsan? Yüyür, bir təhər çək! Hər ikisi yüyürür.
Camaat (dalınca). Ay qoymayın, getdilər ha! Alabaş, tut ha!..
Birincikəndli. Xalqdan soyub aldığı maldır, indi də istisinə qızışsın. Canına lənət gəlsin, ay onun evinə bir aftafa su tökən! Sol qapıdan Gülnisə, qoltuğunda üç yaşında bir uşaq, başının tükləri pəjmürdə, çıxır.
Namaz. Atayın evi yanır, sən də haraya yüyür.
Gülnisə. Gedirəm, gedirəm... Məni qovanın üstünə gün doğsun. Bu gün mənim üçün toy-bayramdır. Mən zindandan qurtarmışam. Gordan evə qayıdıram. Atamın evini yandırırlar. Elə atamın özünü gərək yandırsınlar. Mən gedirəm, amma bu uşaqdan mənə cəza verənlərin canına bir yağı bəsləyəcəyəm ki, gərək onun öhdəsindən gələ bilsinlər. (Yüyürüb çıxır.)
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-baba-yurdunda-ucunucu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Dördüncü şəkilHacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar.*
Üçüncü pərdəDoqquzuncu şəkılHacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun.*
Dördüncü pərdəOn üçüncü şəkilMüctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və*
Beşinci pərdəOn səkkizinci şəkilBakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş*
Poems by other poets
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram