Müsəlmanlarda teatro
İslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.
Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.
Buna görə də biz Türkiyədə lazımlı dərəcədə bir teatro görə bilməyirik. Yüngül fransız məzhəkələri, fars, operetta – budur türk teatrolarının Əbdülhəmid sultanlığı zamanında göstərdikləri. Hərçənd türk dilində Şekspir, Şillerin təlifatı, tərcümələri var idi. Amma bunlar teatroya yaxın buraxılmazdı. Çünki böyük mütəfəkkirlərin təlifatı və ruhu ilə cəmaətə tərbiyə vermək Əbdülhəmid ruhuna və fikrinə müğayir idi. Unutmamalı ki, bu təlifatlar da Əbdülhəmidin sultanlığından, yəni Türkiyədən xaricə nəfy olunmuş Türkiyə yazıçıları tərəfindən tərcümə olunurdu. Türk teatroları 1907-ci il inqilabından sonra azadə nəfəs almağa başladı və burada da qarşıya teatro tamaşalarına dair təlifatsızlıq məmanəti çıxdı. Mən demək istəmirəm ki, Türkiyədə dram təlifatı yoxdur, xeyr, onlar çoxdur, amma onlardan heç biri teatroya və səhnəyə uyğun deyildir. Çünki Türkiyə teatrolarının sırasında ciddi teatro olmadığında görə müəlliflər öz təlifatını səhnədə görməyə ümidvar deyildir. Ona görə də öz kitablarını fəqət qiraət üçün yazırdılar, nəinki teatro və səhnə üçün.
Bu yaxın vaxtlarda mən bir dram oxudum. O, min beş yüz səhifədən ibarət idi. Elə monoloqları var idi ki, iyirmi səhifədən ibarət idi. Aşkar idi ki, bu təlifatı səhnəyə heç bir cəhətlə mümkün deyildir.
Müstəsna olaraq Namiq Kamalın vətənpərvəranə bir ruhda yazdığı “Vətən” faciəsini göstərmək olar ki, bu üzdən Əbdülhəmid zamanında onu səhnədə görmək olurdu və sami bəyin İki-üç faciəsini göstərmək olar. Bunlardan da aşkardır ki, bu azlıqda repertuar ilə səhnə irəliləyə bilməzdi və bilmədi də. Türkiyə inteligentsiyası darama təlifatını “ancaq qiraət üçündür”, deyə tərbiyə almışdır və indi də onun mündəricatı havi olduğu mətləb ilə maraqlanırlar. Nəinki səhnəyə vəzi ilə. Mən bu yavuq zamanda Türkiyənin “Darülbədaye” adında teatrosunun Bakıya gəlmiş aktyoru ilə müsahibədə bulundum.
Bu teatro Türkiyədə təzə sənayei-nəfsəyə bina qoymuşdu və gələ-gələ böyük ümid verir. Türkiyədə drama məktəbi yoxdur. “Darülbədayeni” idarə edənlər Fransa və Almaniyada tərbiyə almışlardır.
Əsərlər
Zidd
Sürgün
Əhatə edən
Qoyuluş
İncəsənətdir
Bunun üçün Avropa repertuarına artıq əhəmiyyət verirlər, nəinki Türkiyə həyatından yazılmışlara. Neçə il bundan əqdəm Tiflisdən türk aktyorları İstanbula gedib Azərbaycan müsənniflərinin qələmə aldığı pyesləri səhnəyə vəz etmişlər. Nəticə nə olmuşdur? Türkiyə qəzetləri etiraf etmişlər ki, Azərbaycan teatrosu Türkiyə teatrosunu adlayıb irəli getmişdir. Türkiyədə teatro axır vaxtlara kimi bu haldadır.
Orta Asiya bu vaxta qədər öz dramaturquna malik deyildir. Yerli müsəlmanların arasında teatro 1905-ci ildən sonra meydana gəlmiş və Azərbaycan müəlliflərinin yazdığı pyeslər ilə doyuzdurulur.
Volqaboyu tatarlarının 1905-ci ilədək nə teatro, nə də repertuarları olmuşdur. Kazan, Ufa, Orenburq mətbəələri, demək olar ki, ancaq Quran və dualar təbi ilə məşğul idilər. Rəsmi surətdə “Müsəlmanlara bərəks misyoner cəmiyyəti”, başda İlminski çalışırdı ki, tatar xalqını və sənayei-nəfisəni qaranlıqda saxlayıb, onları ancaq xaçpərəstlik ilə işıqlandırsınlar. Amma şəkil 1905-ci ildən bəri dəyişir. Əgər biz taraca təb və nəşr olunmuş ədəbiyyatı alıb baxsaq, 1905-ci ildən bəri tarixi görəcəyiz. Bu ildən, teatro ədəbiyyatı və teatro intişara başlayır. İndi tatarlarda bir çox sənayei-nəfisə qanununa müvafiq pyeslər vardır və əgər biz desək ki, bu az müddətdə, yəni on beş il ərzində tatarlar teatro və ədəbiyyat cəhətcə bizdən irəli getmişlər, Azərbaycan müəlliflərinin şəxsiyyətinə toxunmamalıdır, bəlkə tatarlara həsəd aparmalıdır.
Tatar pyeslərinin arasında hərçənd ruscadan tərcümələr görünürlər, amma pyeslərin çoxu tatar həyatından yazılmışdır. Buna diqqət etməli və biz də belə etməliyik.
Artıq xoş halda bilümum türk ədəbiyyatı və bilxüsusi türk teatrosu olmuşdur. Azərbaycan mərkəzdən uzaq olduğuna və müsəlman məmləkətləri Iran və Türkiyəyə yavuq olduğuna və az zaman bundan qabaq Rusiyaya mülhəqq olduğu üçün türklər və Volqaboyu tatarlar çəkdikləri qədər sıxıntı çəkməmişlər. Doğrudur, qəzetə və jurnal təb və nəşr etmək izni verilmirdi. Lakin kitab nəşr etmək heç olmazsa senzor izni ilə mümkün idi.
Məlumdur ki, əgər köhnə üsuli-idarə qalardısa və 1905-ci il inqilabı olmazdısa, türklər də tatarlar keçirən günləri keçirəcəklərdi. Türk teatrosu üçün 1905-ci ildən sonra çox işlər görüldüsə də, amma 1917-
Ümumən
ci il inqilabı onun yolunda olan bütün məmanətləri rəf etmiş və onun möhkəmlənməsinə səbəb olmuşdur.
Türk teatrosu barəsində, onun keçmişindən, İndisindən və gələcəyindən və gələcək məramından jurnalımızın gələn sayında bəhs edəriz. Çünki bu, Azərbaycan üçün həyati məsələdir və bunun barəsində ətraflıca danışmalıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-muselmanlarda-teatro
Use ← → keys to move, R for a random poem
More by this author
“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Dəccalabad“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif