Contents
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Page 13 of 25 · 48%

Bəy bunu deyib damdan endi və getdi evinə.

Camaat səs-səsə verib dedi:

– Bəy əcəb söz danışdı! “Gedib rus olaram”, cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsən bəy nə buyuracaq?!

Yenə həmin ağsaqqal ortalığa çıxdı.

– Camaat! Siz bəyin sözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan söz danışmaz. Yəqin sözünün canı var.

Amma məlumdur ki, bunun hiylələrinin müqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də gərəkdir qorxaq.

Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib, əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindəneşiyindən əl çəkib, arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz.

Camaat bir az fikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər:

– Bəy, biz bayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə!

İblis dedi:

– Camaat! Şeytan mən deyiləm, bu kişidir, İndiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpa ola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Belə şeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən.

İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) verib qulluqdan çıxsın. Amma buna bir şey mane oldu.

Nagah havadan bir mələk göründü və mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncər tutmuşdu. İblis mələyi camaata göstərib dedi:

– Baxın görün, o havadakı nədir? Mənim gözüm əməlli görmür.

Cəhənnəm əhli qoçu görən tək əzabı yaddan çıxardıb:

– Ay camaat, qoç döyüşdürəcəklər! – deyə qışqırıb qoça tərəf yüyürüşdülər.

Iblis də bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi.

Qoça tərəf gedənlərin lap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır, eşqabadlılar... Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savay hamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər:

– Qardaş, qoç döyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzət apara!

Bu halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim:

– Ədə, nöşün qayıtdın?

İçərişəhərli sözümə cavab verib dedi:

– Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən? Məgər sənin başında ağıl yoxdur?

Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz, meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat verib bir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpək qalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini İki rəs qovdu. Kəblə Meydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki, İki dal qıçları üzüldü... Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pul verib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm. Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən də buraya gəlmişəm. Xeyir a... nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvə güləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır.

Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantal elədi...

İçərişəhərli nitqini qurtardı və yığıncaq hamısı onun köpəyinə “afərin” dedi.

– Ax, a namərd oğlu! O gülləni köpəyə vurunca mənim bircə oğlumun ürəyinə vuraydın!

Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Cəmi əhli-cəhənnəm sakit olub qulaq asdılar.

Mələk deyirdi:

– Bilin, ey əhli-cəhənnəm! Buynuzundan yapışdığım qoç ölüm qoçudur. Nə qədər ki bu qoç sağdır, insan üçün ölüm var. İndi mən bu qoçun boynunu vuracağam, ondan sonra insandan ölüm götürüləcək. Cəhənnəm əhli hamısı ağız-ağıza verib mələyə yalvardılar ki, qoçun boynunu vurmasın. Amma uzaqdan bir səs gəlirdi; o səs də mələkdən, qoçun tezliklə boynunu vurmağı xahiş edirdi.

Məlum oldu ki, uzaqdan eşidilən səs, behişt əhlinin səsidir. Mələk cəhənnəm əhlinin yalvarmasını qəbul etməyib, qoçun boynunu vurdu.

Cəhənnəm əhli çox məyus geri qayıtdı və hər kəs getdi öz məkanına.

Şeytanı əhatə edib, öz günahlarını onun boynuna atanların kim olduqlarını

oxucular, mən deməsəm də, aydıncasına anladılar.

Bu şəxslərin dünyada da düşmənləri çoxdur. Çox işlərdə onları müqəssir görürlər. Amma bəzi ovqat onlar da işə yarıyırlar. Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım.

1909-cu ildə mən Bakıda bir paraxodstvada müfəttiş idim. Bir gün idarə işi üçün bir yoldaşla Eşqabada getmək lazım oldu. Bir gəmiyə əyləşib, Krasnovodsk tərəfə rəvan olduq. Sərnişin gəmidə biz İki yoldaş idik və palubada da yüzə yaxın İran fəhlələri əyləşib vətənlərinə gedirdilər.

Bakıdan biz yola düşəndə hava gözəldi və tufan əlaməti görünməyirdi. Nəhayət, beş-altı saat yol gedəndən sonra bir xırdaca külək başladı əsməyə, külək getdikcə güclənib, axırda tufan halətini aldı. Göyün üzü tutuldu, dərya qaraldı, suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Birdən gəminin bir ucunun dağın başına qalxmağı hiss olunurdu. Dalınca guya gəmini qəflətən bir quyunun təkinə salırdılar. Gəmi titrətmə tutmuş adam tək uçurdu və onun cəmi mıxçaları səsə gəlirdi. Hər bir dəqiqədə gəminin qərq olması gözlənirdi. Fəhlələrin dilindən “ya Allah” səsi göyə dirəklənirdi. Çoxusu ölümlərini göz qabaqlarına alıb “kəlməyi-şəhadət” oxuyurdular.

Vaxtlar

Bir nəfər Məkkədən qayıtmaqda olan hacı, xurcundan bir torba torpaq çıxarıb suya atdı və dedi:

– Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Əlbəttə, bu saat dərya sakit olacaq.

Sərnişinlər hamısı hacıdan razılıq etdilər və dəryanın yatmasını gözlədilər. Çifayda, dərya, daha da şiddətlə gəmini atıb-tutmağa başladı. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi.

Lövbər atdılar. Gəmi dayandı. Ancaq dayandığı yerdə atılıb-düşməkdə idi.

İki gün İki gecə gəmi suyun üzündə bu halətdə qaldı. Üçüncü günü dərya bir qədər sakitləşdi. Gəmi də yola düşdü.

Bakı ilə Krasnovodskın arası ancaq on altı saatlıq yol olduğundan, fəhlələr bir gecəlik azuqə götürmüşdülər. Olan azuqələrini yeyib, axırıncı gün aclığa davam gətirə bilməyib, kapitanın üstünə tökülüb ondan çörək istədilər.

Kapitan onlara suyun üzündə çörək tapmağın mümkün olmadığını və Krasnovodska ancaq altı-yeddi saat yol qalmasını hərçi deyirdisə də, fəhlələr ona inanmayıb çörək istəyirdilər.

Axır yazıq kapitan bizə tərəf gəlib dedi:

– Siz bunların dilini bilirsiniz, bunları inandırın ki, altı-yeddi saatdan sonra sahilə çıxacağıq.

Mən və yoldaşım durub getdik fəhlələrin arasına, hərçi nəsihət etdik, inandırdıq, kar etmədi. Sözlərinin üstündə möhkəm dayanıb, bir dillə çörək istədilər.

Bir də baxdım kənarda bir molla sakit, başını aşağı salmış, mütəfəkkir əyləşibdir. Mən mollaya tərəf getdim və dedim:

– Cənab axund, bu adamların etibarı sizə bizdən çoxdur. Mən size inandırıram, siz də bunları inandırın ki, altı-yeddi saatdan sonra kənara çıxacağıq.

Molla qulaq asıb dedi:

– Canım, özünüz bilirsiniz ki, ac qılınca çapar. Bu adamlara çörək lazımdır. Mən onları sakit eləyə bilərəm?

– Yenə bir fikir edin.

Molla bir qədər fikrə gedib dedi:

– Bunlar acdırlar. Nəsihət-filan onlara kar etməz. Yaxşısı budur ki, bu camaata bir mərsiyə oxuyam.

– Çox gözəl, Allah atana rəhmət eləsin.

Molla bir mərfəşin üstünə çıxıb “Səlləllahü əleykə ya Əba Əbdüllah” deyən kimi tamam sərnişinlər aclıqlarını yadlarından çıxarıb, cəm oldular mollanın ətrafına.

Molla qabaqca bir uzun vəz başladı. Belə ki, vəzi əqəllən saat yarım çəkdi. Vəzdən sonra keçdi mərsiyəyə. Bir azdan sonra baxdım ki, camaat aclıqdan və ağlamaqdan bihalət olub, hamısı yan-yana tökülübdür.

Bir qədər getdikdən sonra Krasnovodskın dağları göründü və camaat da xatircəm oldu.

İndi mollalara düşmən olanlar, mollaları bəyənməyənlər, bilsinlər ki, lazım olan yerdə molla da kara gələr.

Camaat arasında gəzərkən keçmiş dostlardan, tanışlardan, aşnalardan bir-bir görürdüm. Amma bizim həftə bazarında alış-veriş eləyən Məşədi Sünbəni hamıdan yaman gündə gördüm.

Bu şəxsin adı özgə idi. Amma xalq onu ləqəbi ilə tanıyırdı. Ona Məşədi Sünbə ləqəbi verilməsində bir qəribə nağıl var:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets