Xortdanın cəhənnəm məktubları
Contents
Page 9 of 25 · 32%
5. cındırlı pir
Bu da dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hər bir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladı olmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər.
Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər.
6. öskürək piri
Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündür qayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını o qayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər. Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur.
7. cicim ocağı
Bu ocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar. Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsi çörək təknəsində, qab-qazanın arasında, tax-
çalarda qıvrılmış yatıblar. Ocaq sahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin
üstündən o yan-bu yana addayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından
daxil olanın birinə də ilan dəyməz.
Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın.
Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaq
özünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfa tapacaq.
Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur.
Belə andları eşidəndən sonra gərək inanasınız.
İndi keçək mətləbə.
Cəhənnəm yerin yeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın
adına Kəmid dağı deyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan
adlı bir yerdədir. Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına
Cəhənnəm deyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar. İkinci təbəqənin
adına Ləza deyirlər; bu təbəqə tərsalar üçündür.
Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqə də yəhudilər üçün təyin olunubdur.
Dördüncü təbəqənin adına Səqər deyirlər; buraya da əbrləri salırlar. Beşinci təbəqənin
adını Səir qoyublar. Bu təbəqə də saibilər üçündür. Altıncı təbəqənin adı Cəhimdir;
bura da müşriklər üçündür. Cəhənnəmin axırıncı təbəqəsinin adına Haviyə deyirlər.
Bura da münafiqlər üçündür.
Necə ki, görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə
yeri var.
Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər.
Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırdaxırda adamlar: əttar, baqqal, şkola
müəllimi və sairləri.
Cəhənnəmin hər təbəqəsində qırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi
çuxur yerləri var. Hər çuxurun içi yeddi yüz illik yoldur.
Hər ili üç yüz altmış gündür. Hər bir günü dünya illərinin min ilidir.
Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adına Veyl quyusu deyirlər.
Yetmiş illik yol onun dərinliyidir.
Mən cəhənnəmə daxil olanda həmin quyunun təkindən bir “vay, dədəm vay”
naləsi eşitdim. Başımın tükü papağımı götürdü.
Odabaşıdan xəbər aldım
Ulduza pərəstiş edənlər.
– Bu nə səsdir?
Cavab verdi:
– Yetmiş il bundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq İndi quyunun təkinə dəydi.
O adamın kim olduğunu xəbər alanda odabaşı dedi:
– Vallah, bilmirəm hansının adını deyim. Bu quyuya bir adam salmayıblar, İki adam salmayıblar, hədd yox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərini salırlar.
Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm İki dövlət arasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbli idi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər. Qərb vəkilləri şərqlilərin təbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropa paytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Bu xanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər.
Gündüz vəkillərlə danışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər.
Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu. Bu quyuya təpəsi üstündə salınanlar belə vəkillərdir.
Və yenə İki padşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu. Dövlətlərdən biri bir özgə vilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənə parıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzər mülkü İki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz. Belə adamları da Veyl quyusuna salırlar.
Əlavə, qədim hakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra bir böyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclü padşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahın mənə yaranallıq versə,
Iran-rus hökumətləri arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müahidənaməsinə
işarədir. Bu xüsusda tarixdə bir şey yoxdur və ola da bilməz (Müəllif qeydi).
Türküstan-Iran hüdudunu müəyyən etmək üçün Iran tərəfindən Mirzə Riza xan Daniş
göndərilmişdi. Bu şəxs Rusiya imperatoru tərəfindən əta olunmuş nişanlara susayıb Eşqabadın
yaxınlığında vaqe “Firuzə” adlanan yaylağı iki quru dağa dəyişmişdi. Hərçənd rus hökuməti
“Firuzə”nin əhalisini öz yerlərində qoymağı vəd etmişdisə də, müahidə hökumətlər tərəfindən
imzalanandan sonra haman əhalinin yerlərini əllərindən alıb özlərini Irana sürgün elədi (Müəllif
qeydi).
mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq o saat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənə görə, hakim cənablarına yaranallıqdan savay İki stəkan şampanski də veriblər. Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar.
Belə xəyanətkarlar xüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə, oxuyarsınız.
Mən həmişə belə güman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib, hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardan dünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçənd burada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməllərini aydın görür. Əlavə hər bəndənin çiyinlərində İki nəfər kiramülkatibeyn deyilən mələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundların buyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlər çağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, o şahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər bir düşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlib şəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətə cəlb olunacaqdır.
Məsələn, tutaq ki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kabab yeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisi vurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir:
– Bəli, mənim ətim yeyilən vaxt filankəs vurub filankəsi öldürdü. Mən bu etiqadda olub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətinin advokatlığını edəcəkdir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya gön-
1804-cü ildə Gəncə xanlığı birinci dəfə alındıqdan sonra Qarabağ xanı İbrahim xan
əhvalatdan xəbərdar olub, öz xahişi ilə Kürəkçayda knyaz Sisyanovun xidmətinə gələrək,
xanlığında baqi qalmaq şərtilə Rusiya imperatoruna izhari-təbəiyyət etmiş. Knyaz
məmnuniyyətlə qəbul edib, padşah tərəfindən xanı general-mayor ləqəbi ilə təbrik edəndən sonra
imperatorun şərəfinə içmək üçün xana bir bakal şampanski təklif etmiş, xan şampanskini içmiş
və şərab damağına çox dadlı gəlmiş. Bir qədər söhbətdən sonra xanın könlündən yenə şampanski
içmək keçmiş, üzünü knyaza tutub xəbər almış:
– Padşahın şərəfinə bir dəfə də içmək olarmı?
Sisyanov: “Çox gözəl olar” – deyə ikinci bakalı xanın damağına vermiş (Müəllif qeydi).
dərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata. Amma belə deyilmiş.
Qiyamətə gələnlərin hamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpünün adına Püli-Sirat və bizim dildə “Qıl körpüsü” deyirlər. Bu körpü qıldan nazik və ülgücdən itidir.
Hər qiyamətə gələni gətirib, körpünün başında dayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürüb körpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, İki qədəm qoyduqdan sonra guldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə.
Odabaşı söyləyirdi:
– Bu körpüdən yıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar. Məsələn, burada bir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namaz qılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndi idi.
Bunu eşidən tək, həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bu kişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Heç bir şey!
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Use ← → keys to move, R for a random poem
More by this author
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.