Dəmirlinin ətəyində
Parıldayır inci tək səhər çağında,Fəcrin göz yaşları yarpaqlar üstə.Buludlar aşır uca dağları,Sürünür kölgələr otlaqlar üstə.
Çardaqlara qonan günün işığı,Öpür Dəmirlinin dodaqlarından.Yarpağın səsi tək sevdalı ahəng,Eşidilir kəndin bulaqlarından.
Nişanlı qızların baxışlarındaÜmid alovları olur nümayan.Hər yerdə açılıb qızıl çiçəklərAzadlığın günü doğan zamandan.
Yaşıl tarlalarda bitən sünbüllərKəhrəbayi xirmən hazırlamazmı?Bunca sarı gül tək açan gəlinlərYeni bir dünyayi qurmağa azmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-demirlinin-eteyinde
Use ← → keys to move, R for a random poem
More by this author
Bir parça*Sökülmüşdü dan yeri, çöl quşları ötürdü,
1945-ci ildəSöndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?
Bir toxucu qızaUçub rəngin qızım, səsin kallaşıb,Kölgələnib gözəl, ala gözlərin,
BasqınÇən basıb dağları, sərindir havalar,Payız zamanıdır köçüb obalar.
Poems by other poets · Nature and spring
Şükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
“Xarı bülbül”“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”
Gözləri yol çəkən ana mahnısı(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.