Yağışla sulanmış gül bağçasında,Şəbnəm parıldarkən lalə tasında,Başında oturdun axar sularınSeyr etdin hüsnünü o son baharın.İsfahan xalçası altına saldın,Qəlyanını çəkib xülyaya daldın.

– Heyf olsun, dedin solan güllərə,Bu su kimi axıb keçən ömürə.

Gecələr yaldızlı evində yatdın,Bir gözəl qadına imanı satdın.Günəş yayılanda açdın gözünü,Aynalarda gördün çirkin üzünü.Ah çəkib söylədin: – Ömrüm çürüdü,Günəş batdı, dağı duman bürüdü.

Bəzən məclis qurub al şərab içdin,Sevdaların yeddi şəhrindən keçdin.Sözdə İsa kimi dünyanı atdın,Torpağını xalqın qızıla satdın.Dedin: Arzuların qəsri xərabdır,Dirilik əfsanə, dünya sərabdır.

Fırtına qopanda evində qaldın,Qiyamət gününü yadına saldın.Dedin: – nə müsibət, nə tufan, yahu!“Ac pulsuzlar”ınmı günahıdır bu.Nahaq qan töküldü, adam qırıldı,Ölülər başından qalaq quruldu.Sən “məntiq əltiri” oxudun bir dəGöydə gəzdin, xəlqi görmədin yerdə.Yadlara özünü satdın, məni də.Çürütdün ömrümü, saldın min dərdə.

Köşəni qoymadın bəzəyim mən də,Göz dikdin də bizim xaraba kəndə.Üfüqümdə gülən günü söndürdün,Məni boğdu aman, tozlu qara gün.Qorumadın məni, aclıq ilində,Qoymadın danışam ana dilində.Dünya dəyişildi, ellər oyandı,Zülmətlər içində işıqlar yandı.Sən qara bulud tək günəşi boğdun,Hər gün iblis kimi bəlalar doğdun.Yad arabasına bağlandın özün,– Sürünürəm dedin, gəl sən də sürün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring