Təbriz
Qollarım dolanar boynuna bir gün,Yenə baş qoyaram dizinə, Təbriz.Həsrətdən, hicrandan cana doymuşam,Doyunca baxaram gözünə, Təbriz.
Bulanlıq suların axsın, durulsun,Təzə günlərindən büsat qurulsun.Səhənd camalına bir də vurulsun,Bir qubar qonmasın üzünə, Təbriz.
Həsrətin yandırar, pörşüdər məni,Zərif çiçək kimi üşüdər məni.Səsləsəm Savalan eşidər məni,Qızınnam oduna, közünə, Təbriz.
Gülüstan bağının seyrinə gəlim,Lalə yamacında bir də dincəlim,Ötən günlərimə yetişməz əlim,Düşüm heç olmasa izinə, Təbriz.
Ana təbəssümün ay işığıdır,Qolum qamətinin sarmaşığıdır.Şerin bu dünyanın yaraşığıdır,İncisi tükənməz xəzinə, Təbriz.
Sən şair ömrümə vüqar vermisən,Solub-saralmayan gülzar vermisən.Etibar vermisən, ilqar vermisən,Hər igid oğluna, qızına, Təbriz.
Səttarxan bayrağın göylərə ucalt!Qara buludları od ağzına at.Şair qızının da sözlərini qatŞirin söhbətinə, sözünə, Təbriz.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-tebriz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Aləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.